525.Az

Bakıda “Rich Interior”un təntənəli açılışı oldu - Fotolar

[13.10.17]
Bakıda “Rich Interior”un təntənəli açılışı oldu - <b style="color:red">Fotolar</b>

Oktyabrın 12-də Bakıda “Rich Plaza”da “Rich Interior” sərgi-satış mərkəzinin təntənəli açılış mərasimi olub.

“Babək” prospektində yerləşən, genişliyi, konsepsiyasına görə möhtəşəmliyi ilə seçilən və 2000 kv. metr ərazidə yerləşən “Rich Interior” kafel, metlax və keramika, hamam aksessuarları və santexnika, mətbəx mebeli, parket və işıqlandırma, divar kağızları məhsulları təklif edir.

Adlı-sanlı brendlər siyahısına Avropanın Ladiva, Petracers, Casalgrande Padana, Ypsilon, Eurodesign, GAİA, Mobili Di Castello, Scavolini, Viega, THG, Nicolazzi kimi markalar daxildir.

“Rich Interior”da İnteryerlərin nümayişi orijinal formada həyata keçirilib. Hər bir brend üçün özəl olaraq sərgi otağı ayrılıb və burada xüsusi hazırlıq keçən satış menecerləri müştərilərə faydalı bilgilər və alternativ seçim imkanları təklif ediblər.

“Rich İnterior” sərgi-satış mağazasının direktoru Famil Əlizadə bildirib ki, 60-dan çox İtaliya, İspaniya, Fransa və Almaniya brendlərinin məhsulları alıcılara təqdim olunur.  Brendlərin təxminən 70 faizi ilk dəfədir Azərbaycan bazarına daxil olur. 

Famil Əlizadə qeyd etdi ki, qiymətlər Avropada şirkətlərin özünün təklif etdiyi qiymətlər səviyyələrində olacaq: “Məsələn, kafel çeşidimizin böyük hissəsinin qiymətləri 18-35 avro civarındadır. Biz istehsalçılar qarşısında müəyyən satış planları götürmüşük, buna görə də məhsulları zavodlardan aşağı qiymətlər ilə alırıq”.
 
“Missiyamız- yeni və orjinal məhsullarla fərqlilik yaratmaqdır. Biz özündə müasirlik, funksionllıq və gözəllik birləşdirən yenilikçi məhsullar təklif edirik. “Rich Interior” ilə evinizin otaqları rahat və həyatdolu olacaq. “RICH Interior” bütün arzularınızı reallaşdıracaq müxtəlif variantlarda məhsullar təklif edir. Məhsullarımızı innovasiya, rəng və trend baxımından xarakterizə etmək olar. Bundan əlavə mebellər zərif və romantik görünüşü ilə bərabər, maksimum rahatlığı təmin edir. Material seçimi son dünyəvi tendensiyalara cavab verir. Onlar interyere müasirlik, orjinallıq və stil əlavə edir”,- deyə o əlavə edib.


Ünvan:

Azerbaycan, Bakı şəh., Nizami r-n, Babək prospekti 31H, AZ1031
[email protected]
www.rich.az

Tel:
+99412 5656065
+99455 2042494


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.