525.Az

İŞİD-dən xilas edilən 4 yaşlı Abdulla Azərbaycana gətirildi

[13.10.17]
İŞİD-dən xilas edilən 4 yaşlı Abdulla Azərbaycana gətirildi<b style="color:red"></b> İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
 
XİN-dən 525.az-a verilən məlumata görə, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
 
Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: “Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.