525.Az

BANM və Almaniyanın "Lucas-Nülle" şirkəti əməkdaşlıq edir

[12.10.17]
BANM və Almaniyanın "Lucas-Nülle" şirkəti əməkdaşlıq edir<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış "Lucas-Nülle" şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul edib.

Qeyd edək ki, "Lucas-Nülle" şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.

BANM və "Lucas-Nülle" şirkəti arasında başlanan əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılan kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu, həmçinin prezident İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğulayıb.

"Lucas-Nülle" şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını deyib. Sonra o, əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda, bu sahə üzrə BANM-in mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışıb.

Tərəflər BANM və "Lucas-Nülle" şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələri nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsininin zəruriliyini təsdiq ediblər.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.