525.Az

"Yeni Abituriyent" uğur qazanır

[12.10.17]
"Yeni Abituriyent" uğur qazanır <b style="color:red"></b>

Bu gün respublikamızda gənclərin ali məktəblərə qəbul olunması sahəsində hazırlıq kursları önəmli rol oynayır.

Əyalətlərdə fəaliyyət göstərən hazırlıq kursları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. "Yeni Abituriyent" hazırlıq kursu onların sırasında xüsusi yer tutur. 2009-cu ildən Ağcabədidə fəaliyyətə başlayan adıçəkilən təlim-tədris mərkəzi son illər bölgədə abituriyentlərin qəbul imtahanlarına hazırlanması istiqamətində ciddi uğurlara imza atıb. Kursun rəhbəri Şöyüb Səfərovun dediklərinə görə, ötən tədris ilində burada daha böyük nailiyyətlər əldə olunub. 2010-cu ildə hazırlıq kursunu vur-tut 27 nəfər dinləyici başa vurduğu halda, həmin dövrdə bu rəqəm 171 nəfər təşkil edib. Onların 162 nəfəri müvəffəqiyyətlə ölkəni ən nüfuzlu ali məktəblərinə qəbul olunub. Sözügedən abituriyentlərin  18 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən yuxarı bal toplamağa müvəffəq olub.

"Yeni Abituriyent"in yetirməsi Arzu Məmmədzadə qəbul imtahanlarında 700 bal toplayaraq yüksək nəticə əldə edib. O, İqtisad Universisetinin maliyyət (ingilis dili üzrə) fakültəsinə daxil olub. Digər məzunlar Aysun Bədəlova 685, Aytəkin Hacıyeva 680 balla Prezident yanında İdarəçilik Akademiyasının hüquq fakültəsinə, Gülər Hüseynova isə 675 balla ADA Universisetinin dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunaraq tələbə adını qazanıblar. Təsadüfi deyildir ki, "Xəzər" hazırlıq kurslarının apardığı monitorinqin nəticələrinə görə, "Yeni Abituriyent" respublikada fəaliyyət göstərən hazırlıq kursları arasında birinci olub. Hazırlıq kursunda tədrisin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradıldığını qeyd edən direktor qazanılan uğurlarda pedaqoji kollektivin böyük əməyinin olduğunu vurğulayıb. Onun qənaətinə görə, burada bütün ixtisaslar üzrə çalışan 20 nəfərdən ibarət müəllim heyəti öz vəzifələrini peşəkarlıqla yerinə yetirir. Onların arasında Camal Əliyev, Kəklik Hüsynova, Tamam Qənbərova və başqaları xüsusilə fərqlənirlər.

Ş.Səfərov söhbət zamanı bunu da əlavə edib ki, "Yeni Abituriyent" hazırlıq kursunda Ağcabədi rayonu ilə yanaşı, Beyləqan, Ağdam, Laçın, Zərdab, Füzuli, Bərdə və sair bölgələrdən olan şagirdlər də təhsil alırlar. Onlar hər cür diqqət və qayğı ilə əhatə olunublar. Rəhbərlik tərəfindən məcburi köçkünlərə, aztəminatlı valideynlərin, Qarabağ əlilləri, şəhid ailələrinin övladlarına təhsil haqlarının ödənilməsində xüsusi güzəştlər edilir. Bundan əlavə, hazırlıq kursuna qəbul imtahanları zamanı yüksək nəticələr göstərən şagirdlər birillik təhsilhaqqı ödənişindən azad olunurlar. Hazırlıq kursunun qazandığı nailiyyətlərin bütövlükdə rayon təhsilinə töhfə olduğunu bildirən Şöyüb müəllim yeni dərs ilində də uğurların davam etdiriləcəyini əminliklə dilə gətirib.

Onun qeyd etdiyi kimi, yeni dərs ilində hazırlıq kursu məşğələlərinə cəlb olunan 137 nəfər şagirddən də yüksək nəticələr gözləmək olar.

Yəhya PAŞAZADƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.