525.Az

Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək

[11.10.17]
Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək<b style="color:red"></b>

Oktyabrın 13-də, saat 12:30-da Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçayda vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Mingəçevirdən olan sakinlərə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya və radio yayımı və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələləri əhatə edəcək.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların Göyçayda (02027) 423-66, Mingəçevirdə (02427) 529-99, Kürdəmirdə (02025) 515-99, Ucarda (02021) 337-77, Ağdaşda (02023) 551-99 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.