525.Az

YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə vermədi

[10.10.17]
YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə vermədi<b style="color:red"></b> Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib.
 
APA-nın xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.
 
YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.
 
Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.