525.Az

AŞPA-nın yeni prezidentini seçmək mümkün olmadı

[09.10.17]
AŞPA-nın yeni prezidentini seçmək mümkün olmadı<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ilk turda seçmək mümkün olmayıb.
 
APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında oktyabrın 6-da qurumun prezidenti vəzifəsindən istefa vermiş Pedro Aqramuntun yerinə yeni prezident seçilməli idi.
 
Lakin səsvermə nəticəsində prezidentliyə namizədlər - Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr - 126 səs) və Emanuelis Zingeris (Litva - 84 səs) lazım olan qədər səs toplaya bilməyib.
 
Səsvermədə iştirak edən deputatların sayı az olduğundan ikinci tur elan edilib. İkinci tur da bu gün keçiriləcək.
 
Qeyd edək ki, yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında quruma yeni prezident seçiləcək.
 
Pedro Aqramuntun AŞPA prezidenti postunda səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.