525.Az

Rihanna: "Fransızlar ağıllarını itirib"

[03.09.12]
Rihanna: "Fransızlar ağıllarını itirib" Məşhur müğənni Rihanna başına iş açıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni Londondan Parisə yollanarkən qatarın getmə saatını göstərən elektron tablonun şəklini çəkib və öz tvitter hesabında yerləşdirib.

Bunu görən sosial şəbəkədə 25 milyon izləyiciyə sahib müğənninin fransız fanatları isə onu Paris vağzalında qarşılamaq qərarına gəliblər.

Bu cür izdihamdan bərk əsəbiləşən Rihanna öz tvitter hesabında fransızların əleyhinə mesajlar yazıb: “Qatar stansiyasından çıxa bilmək üçün döyüşməyə məcbur oldum. Fransızlar ağıllarını itirib”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.