525.Az

ABŞ dövlət katibi 28 May münasibətilə Azərbaycan xalqını təbrik edib

[24.05.13]
ABŞ dövlət katibi 28 May münasibətilə Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

ABŞ-ın dövlət katibi Con Kerri 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət katibinin təbrik məktubunda bildirilir: “ABŞ və Azərbaycan dinamik tərəfdaşlıq münasibətləri qurub. biz demokratik institutları möhkəmləndirməklə, iqtisadi islahatlara yardım etməklə  Azərbaycanın müstəqilliyinə dəstək vermək siyasətinə sadiqik”.
 
Təhlükəsizlik sahəsində əməkdaşlığı qeyd etməklə dövlət katibi Azərbaycanın Əfqanıstanın gələcəyinə verdiyi töhfəni xüsusi vurğulayıb. O iki ölkənin sülhməramlı qüvvələrinin Əfqanıstanda sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayandığını xatırladıb.
 
Dövlət katibi qeyd edib ki, iki ölkə arasında energetika sahəsində çoxillik əməkdaşlıq gələn ay Cənub qaz kəməri ilə bağlı qərar açıqlandıqdan sonra növbəti mərhələyə keçmiş olacaq.
 
Con Kerri bildirib ki, ABŞ Azərbaycanla sülh quruculuğu və çiçəklənmə sahəsində işi davam etdirməyə hazırdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.