525.Az

Bakıda borca düşən iki mağazanın malları siyahıya alındı

[23.05.13]
Bakıda borca düşən iki mağazanın malları siyahıya alındı<b style="color:red"></b> Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanda yerləşən fiziki şəxs Talıbova Elmira Alekseyevnaya məxsus və Yasamal rayonu H.Hacıyev küçəsi ev 38 ünvanlarda yerləşən fiziki şəxs Mehdiyeva Kəmalə Tofiq qızına məxsus qadın geyimləri mağazalarında əmlakın siyahıya alınması tədbirləri keçiriblər.
 
Vergilər Nazirliyindən 525.az-a verilən məlumata görə, icarə müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxs Elmira Talıbovanın   fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 2 min 253 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.
 
Borcu ilə əlaqədar Elmira Talıbovaya bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Cari ilin may ayının 17-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi ödəyicisi borcun 500 manatını yerindəcə ödəyib, qalan məbləğ müqabilində mağazadakı əmlak müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.
Vergi orqanları tərəfindən Kəmalə Mehdiyevanın fəaliyyəti araşdırılarkən onun 3 min  298 manat vergi borcunun yarandığı aşkarlanıb. Kəmalə Mehdiyeva borcun 500 manatını yerindəcə ödəyib, qalan məbləğ müqabilində mağazadakı geyim məhsulları  müvafiq qaydada siyahıya alınıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.