525.Az

Bakıda zavodda partlayış: 1 nəfər həlak oldu

[00.00.00]
Bakıda zavodda partlayış: 1 nəfər həlak oldu<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus zavodda partlayış verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində fəhlə işləyən, 1956-cı il təvəllüdlü Adıgözəl Məhərrəmov sexlərdən birində dəzgahın partlaması nəticəsində ağır xəsarət alıb.
 
A. Məhərrəmov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.