525.Az

Macarıstan Azərbaycana nota verdi

[03.09.12]
Macarıstan Azərbaycana nota verdi

Macarıstan Azərbaycana nota verib.

APA-nın Macarıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet dünən  Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşüb.

J. Nemet avqustun 31-də Azərbaycana qaytarılmış Ramil Səfərovun əfv edilməsi ilə bağlı Macarıstanın mövqeyini çatdırıb.

O, Macarıstanın diplomatik notasını səfirə təqdim edib.

Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahatlığı ifadə olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.