525.Az

İnsan

[30.09.12]
İnsan

Hacıbala BƏDƏLLİ

 

 Yeri-göyü xəlq eləyən qadir Allah tarixi inkişafın müəyyən dövründə insanı yaratdı. Bu insanı Tanrının şah əsəri adlandırırlar. Lakin bu şah əsərin müəyyən qaranlıq, şübhəli, izahı tam mümkün olmayan səhifələri mövcuddur. İnsanlarla xarici mühitin - təbiətin qarşılıqlı əlaşəsi çoxsahəli müxtəlif variantlıdır. İnsanlar sağlam, gümrah yaşayıb uzun ömür sürmək üçün onlara lazım olan bütün maddi nemətləri təbiətdən alırlar.

İnsanlar yaranmazdan əvvəl təbiət saf, təmiz, bakirə olub özlüyündə sağlamlıq mənbəyi idi.

Yarandığı ilk vaxtlarda insanlar sayca az, aciz fərasətsiz idilər.

Onların xarici mühitə təsir etmələri üçün lazım olan əmək alətləri yox idi.

Zaman keçdikcə insanlar təcrübə topladılar, tədricən müdrikləşdilər, dəmiri kəşf edib müxitəif əmək alətləri yaratdılar. Bu əmək alətlərini getdikcə təkmilləşdirib mürəkkəb texniki vasitələrə çevirdilər.

Texniki tərəqqi müxtəlif kimyəvi maddələrin, zəhərli, zərərli vasitələrin əldə edilməsinə imkan yaratdı. Belə zəhərli kimyəvi maddələrin müxtəlif sahələrdə gübrə kimi, dezinfeksiyaedici maddələr kimi geniş  işlədilməsi təbiətin nizamının pozulmasına, havanın, torpağın, suyun çirklənməsinə səbəb oldu. Xarici mühit öz təmizliyini, saflığını, bakirəliyini, ilkinliyini dəyişib korlanmağa başladı. Xarici mühitdə baş verən belə pataloji dəyişilmələr heç şübhəsiz ki, insanların sağlamlığına, ömrünə ovqatına da təsir etməyə başladı. İnsan xarici mühitin ayrılmaz tərkib hissəsidir. Öz fəlsəfi fikirləri dünyagörüşü ilə müsəlmanlara nümunə olan böyük müqəddəs imamımız Həzrəti Əli (s.ə.s.) vaxtı ilə yazıb: “İnsanlar öz valideynlərindən əvvəl yaşayıb fəaliyyət göstərdikləri xarici mühitin övladlarıdırlar”. Müasir texniki inkişaf təkcə yerin, xarici mühitin çirkləndirilməsi ilə kifayətlənmir, göyün ənginliklərində kosmik cihazların texniki tullantıları ilə çirklənməyə səbəb olub. Texniki inkişaf atmosferdə ozon dəliyinin açılmasına, sağlamlıq üçün çox təhlükəli olan ultrabənövşəyi şüaların yer səthinə düşməsinə imkan yaradır. Texnikanın müxtəlif sahələrdə geniş, bəzən normadan artıq tətbiqi, hərarət mübadiləsinin pozulmasına, hərarətin yüksəlməsinə səbəb olur. Bunun nəticəsidir ki, son dövrlərdə Antarktidada olan qalın buz qatlarının əzilməsi xeyli sürətlənib. Bu da müəyyən vaxtdan sonra dünya okeanlarında, dənizlərində suların səviyyəsinin ciddi yüksəlməsinə, bir sıra yaşayış yerlərinin su altında qalmasına gətirib çıxaracaq.

Texnikanın sürəkli inkişafının başqa mühüm fəsadları da ola bilər.

Müasir insanlar yüz illər əvvəl yaşamış soyköklərindən əsaslı fərqlənirlər. Çox təəssüflər olsun ki, bu dəyişilmələr  yaxşılığa doğru deyil.

İnsanlar tədricən düzlüyü, təmizliyi, haqqı, ədaləti, qayda-qanunu, inamı imanı unudurlar. Oxuculardan yəqin ki, kimlərinsə yaddındadır, çox maraqlıMəlikməmmədfilmi efirdə yayımlanırdı. Belə verilişlərdən birində görkəmli satira ustalarımız Hacıbaba Bağırov, Səyavuş Aslan Yaşar Nuri qorxunc div formasında dağlarda, meşəlikdə gəzirlər. Söhbət əsnasında onlardan biri deyir ki, bizim əcdadlarımız belə yerlərdə gəzəndə əllərinə müvafiq ov düşməyəndə, ac vaxtlarında rast gəldikləri insanı parçalayıb qarınlarını doyururmuş. O birisi deyir, sən danışırsan, indiki insanlar meşəyə, gəzməyə, ova silahla gedirlər, onlara yaxın düşmək təhlükəlidir. Söhbətə qoşulan digəri söyləyir - indiki insanlar o qədər zərərli, zəhərli qidalar qəbul edirlər ki, onları yesək zəhərlənib ölərik. Axırıncı yoldaş baltanı lap kökündən vurub deyir - indiki insanlara toxunmaq lazım deyil, indiki insanlar özləri bir-birininətiniyeyir. Sonra onlar xorla tanınmış şair Ramiz Rövşənin sözlərinə bəstələnən mahnını oxuyurlar:

 

Div deyilik oyuncağıq,

Dərdimizi demək olmur.

Adamların zayı çıxıb,

Adamları yemək olmur”.

 

Həqiqətən adamların tədricən zayı çıxır. Oxuculardan üzr istəyib bu baxımdan bir neçə misal çəkmək istəyirəm. Əslində biz müəyyən məsələləri izah edərkən açıq danışmaqdan utanıb-çəkinməməliyik.

36 yaşlı müsəlman ata 10 11 yaşlı doğma qızlarını qeyri-ənənəvi yolla zorlayırmış. Müəyyən müddətdən sonra qızların anaları bundan xəbər tutub polisə şikayət edir kişini həbs edirlər (beləsinə kişi demək mümkünsə).

Digər 40 yaşlı kişi iki cavan qızlarını ayrı-ayrılıqda evinin zirzəmisində saxlayıb uzun müddət onlarla cinsi əlaqədə olur. Hətta qızlar hamilə qalıb dünyaya övlad gətirirlər. Sonralar qonşular bu dəhşətli olaydan xəbər tutub polisə müraciət edirlər tədbir görülür. Bu yaxınlarda lerikli ata 3 4 yaşında olan qızlarını boğub öldürdü. Cavan əsgər xidmət yerindən 1 həftəlik icazə alıb evlərinə gəlir. Hərbi hissəyə qayıtmaq istəyəndə ata-anası ona məsləhət görürlər ki, nənən səndən ötəri çox darıxır. İndi bağdadır. Hərbi hissəyə qayıdanda gedib nənənlə görüş. Oğlan bağa gəlib nənəsi ilə görüşür. Ayrılıb getmək istəyəndə nənəsi cibindən bir dəstə pul çıxarıb üstündən 100 manat götürüb nəvəsinə verir, deyir ki bala, mən çox qocalmışam, ömrümün son günlərini yaşayıram, yaxşı səni gördüm. Bu pulları da yığmışam ki, mən öləndə dəfnimə ehsanıma xərcləsinlər, ailəyə əziyyət olmasın. Oğlan nənəsinin cibində bir dəstə pul qaldığını görür. Ətrafda gözləyir, nənəsi yatandan sonra evə girib onu boğub öldürür, pullarını götürüb hərbi hissəyə qayıdır.

ABŞ-da Nyu-York ştatında qərar qəbul edilir ki, bundan sonra heyvanlarla insanlar bir qəbiristanlıqda dəfn edilə bilərlər. Bu qərarı eşidən Rhona adlı qadın vəsiyyət edir ki, öləndə onu heyvan qəbiristanlığında çox sevdiyi itinin pişiyinin yanında dəfn etsinlər. Bəli, əziz oxucu, ata-anasının, qohum-əqrəbasının yanında deyil, itinin pişiyinin yanında dəfn olunmaq istəyir!

İtaliyada yaşayan Asunta adlı qadın 10 milyonluq sərvətini bütünlüklə pişiyinə vəsiyyət edir..

Avropanın bir sıra şəhərlərində itlər üçün hər cür şəraiti olan - üzgüçülük hovuzuna, masaj kabinəsi s. malik çoxmərtəbəli binalar fəaliyyət göstərir. 2011-ci ildə amerikalılar müxtəlif heyvanların alınıb saxlanmasına, onların yedizdirilməsinə, müalicəsinə 50 milyard pul xərcləyiblər.

Məşhur dizayner Karla öz sevimli pişiyinə xidmət etmək üçün 2 qulluqçu saxlayır. Gənc, gözəl, Subay qadın olan Karla pişiyini evinin əsl sahibi hesab edir, yeməyini pişiyi ilə bir stol arxasında yeyir, axşamlar bir yataqda yatırlar. Karlonun pərəstişkarları bu baxımdan pişiyə həsəd aparırlar. Dizayner Karlo pişiyi haqda gündəlik yazır.

Müasir insanların psixikalarında, davranışlarında, hadisələrə münasibətlərində çox ciddi dəyişmələr baş verib. Əvvəllər bir ailə ilə dost, qohum olmaq, qız verib, qız almaq istəyəndə həmin ailənin düzlüyünü, təmizliyini, halallığını, Allaha inamını müxtəlif üsullarla yoxlayıb öyrənərdilər. İndi isə tanış olmaq istədikləri adamların, malı, pulu, sərvəti, villası, maşını, vəzifəsi s. maraqlanırlar. Əvvəllər bir insana vəzifə vermək ücün onu qabiliyyəti, bacarığı nəzərə alınırdı. İndi isə deyirlər - çox fərasətli adamdır, hansı işi tapşırsan yolla olur-olsun, yerinə yetirməyə qadirdir, heç bir şeydən utanıb-çəkinmir, hər yola getməyi bacarır.

Sovet dövlətinin gurhagur vaxtlarındaKQBnin, “MVDnin çoxlu ştatlı, aylıq maaş alan agentləri - xəbərçiləri var idi. Onlar istənilən şəxsi şərləyib tutdura, Sibirə sürgün etdirə, hətta güllələtdirə bilirdilər. Bu baxımdan insanlar çox ehtiyatlı davranırdılar. Tanımadıqları adamın yanında hər sözü danışa bilmirdilər.

İnsanlar bir yerə yığılıb dərdlərini, qəmlərini bölüşərkən yad bir adam gələndə söhbəti dəyişib başqa səmtə yönəldirdilər. Həmin adam getdikdən sonra əvvəlki söhbətlərinə qayıdardılar. Onlar bu əqidədə idilər ki, heç kəsə etibar yoxdur, ehtiyatlı olmaq lazımdır. İndi adamlar bir yerə toplaşıb söhbət edirlər, yaxşı tanıdıqları bir şəxs onlara yaxınlaşarkən adamlar deyirlər ki, bu bədbəxt hələ lazımınca ayılmayıb, yazıq düzlükdən, təmizlikdən, halallıqdan, haqdan, ədalətdən danışır, qoyun rədd olub getsin, sonra söhbətimizi edərik. Bəli, əziz oxucu, düzlük, təmizlik, ədalətlilik indiki insanlara qəribə qəbul edilməz kimi görünür.

Yalançılıq, yaltaqlıq,  simasızlıq, oğurluq-əyrilik yoluxucu xəstəliklər kimi qrip virusu kimi müasir insanların böyük əksəriyyətinə yoluxub. Yaltaqlığın, yalançılığın, haqsızlığın geniş yayılması artıq bir çox yaradıcı adamların, tənqidçilərin publisistlərin, yazarların əsas mövzusuna çevrilib. Şair haqlı olaraq müasir dövrü belə səciyyələndirir:

 

Ay çıxır para yalan,

Baxırsan hara yalan.

Gecəsi qara yalan,

Gündüzü yalandır

 

Dünyanın faniliyini, insanların etibarsızlığını başa düşən müdrik adamlar cəmiyyətdən kənara çəkilib tək-tənha küskün yaşayıb ömürlərini başa vururlar.

Görkəmli unudulmaz şairimiz M.Araz yazırdı:

 

Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmır sabaha,

İti bazarında atından baha

Mən belə dünyanın nəyindən küsüm”.

O, başqa bir şeirində yazır:

yalan eşitmədik böcəkdən, quşdan

insandır insana yalan danışan

 

İstedadlı şair Salam Sarvan deyəsən bu dünyadan bütünlükdə əlini üzüb. O yazır:

 

Durub tullanasan bir hasar üstən,

Düşəndə görəsən yer üzü yoxdur”.

 

Bəşəriyyət yarandığı gündən, tədricən öz müsbət mənəvi keyfiyyətlərini, səmimiyyətini, ədalətliliyini, ləyaqətini, bütün insani keyfiyyətlərini yavaş-yavaş itirir. İndi insanlar haqqa, ədalətə, qadir Allaha deyil, mala-pula, sərvətə gücə-qüvvətə pərəstiş edirlər.

Bütünlükdə dünyada çox qəribə ağlasığmaz hadisələr baş verir. İmkanı olan böyük dövlətlər silahlanmaya milyardlar xərcləyir. İndi dünyada mövcud olan bütün insanları 35-40 dəfə təkrar-təkrar öldürməyə yetərli olan silahlar mövcuddur.

İnkişaf etmiş qabaqcıl ölkələr indi əsasən müxtəlif çeşidli raketlərin istehsalına üstünlük verirlər. Belə raketlərin istehsalına 100 milyonlar xərclənir. 5-10 il keçdikdən sonra həmin raketlər köhnəlib sıradan çıxır, daha əzəmətli, qüvvətli-qanadlı, qanadsız raketlər yaranır. Qəribə vəziyyət əmələ gəlir. Yüz milyonlara başa gələnköhnəraketləri məhv etmək üçün yenidən milyonlar xərcləmək lazım olur. Belə raketlərin məhv edilməsi ətraf mühitin radiaktiv şüalar, çöküntülərlə çirklənməsinə səbəb olur ki, bütün bunlar insanların sağlamlığı üçün təhlükəlidir. Silahlanmaya milyardlar xərcləndiyi bir zamanda başqa geridə qalmış yoxsul ölkələrdə insanlar xüsusən günahsız uşaqlar acından qırılırlar. Mədəni-əxlaqı dəyərlərin qorunması, haqqın, ədalətin, insani münasibətlərin mühafizəsi baxımından dünyanın qabaqcıl ölkələri bir-birindən kəskin fərqlənirlər.

Adətən hər hansı ölkəyə böyük bədbəxtlik, fəlakət üz verəndə (zəlzələ, sunami s.) insanların xisləti üzə çıxır. Belə kütləvi dağıntılara, ölümlərə səbəb olan hadisələrdə adətən, oğurluq, talan halları baş verir. Sahibsiz qalan ev-eşik, mal-mülk talan edilir. Hətta ölən insanların saatını, sırğasını, üzüyünü soyanlar olur. İnsanlar çətin anlarda, mürəkkəb ağır zamanlarda daha yaxşı tanınırlar. Oxuculara bəlli olduğu kimi, bu yaxınlarda Yaponiyada çox dəhşətli sunami baş verdi. Yüzlərlə kəndlər, rayonlar, şəhərlər su altında qalıb məhv oldu, insanlar kütləvi halda qırıldılar. Belə ağır günlərdə yaponlar işgüzarlıqları, texniki vasitələri, xalqın birliyi sayəsində çox ağır vəziyyətdən çıxmağı bacardılar. Baş nazirdən tutmuş bütün məmurlar, sadə zəhmətkeşlər əl-ələ verib ən təhlükəli yerlərdə birgə fəaliyyət göstərib dağıntıların aradan qaldırılmasına bərpa işlərinin başa çatmasına nail oldular. Bu zaman bütünlükdə heç bir oğruluq, əyrilik, tamahkarlıq halları müşahidə edilmədi.

Dünyada işgüzarlığı, texniki inqilaba rəhbərlik etməsi ilə, ədalətliliyi ilə tanınan yaponlar həqiqətən həsəd aparılası millətdirlər. Əhsən bu xalqa, əhsən bu xalqı belə ruhda, belə əqidədə tərbiyə edib yetişdirən ziyalılara.

Müasir dövr qaçhaqaç, qovhaqov dövrüdür. İndiki gənclər ata-babalarının10 illər ərzində keçdikləri yolları, bir neçə həftəyə, aya keçə bilirlər.

Uzaq keçmişdə 10 illər, 100 illər ərzində edilə bilən yeniliklər, ixtiralar, yeni kəşflər hazırki dövrdə bir, yaxud bir neçə ildə əldə oluna bilir.

Belə çox sürətli dəyişmələr, kəşflər, inkişaflar insanların psixikasına, həyat tərzinə, sağlamlıqlarına əsaslı təsir göstərir. Utanıb çəkinmədən yolla olur-olsun, var-dövlət qazanmaq, pul, sərvət toplamaq insanların böyük əksəriyyətinin həyat tərzinə çevrilib.

Vəziyyət o yerə çatıb ki, oğrulara, dələduzlara, hətta fahişəliyə haqq qazandıranlara rast gəlirik. Belə insanlığa zidd əməlləri müdafiə edənlər söyləyirlər ki, neyləsin, başqa yolu, imkanı yoxdur, uşaqları evdə acdır s. Belə çıxır ki, ailəni dolandırmaq üçün hər hansı yaramaz yola üz tutmaq olar, insanlığa, milli adətlərə, paklığa, qeyrətə fikir vermək vacib məsələ deyil! Həqiqi Allah bəndəsi, inamlı insan özünün ailəsinin acından ölməsinə razı olar. Lakin heç vaxt pis, yaramaz, əxlaqsız yollara düşməz.

Müasir dövrdə oxumaq-öyrənmək öz biliyini-bacarığını artırmaq, təkmilləşmək gənclərimiz üçün vacib hesab olunmur. Öz üzərində çalışmayan, öyrənməyə can atmayan insanlar qadir Allahın sevimli bəndləri deyillər. Əslində oxumaq beyin üçün ən yaxşı dərmandır - soruş-öyrən, fikirləş, götür-qoy et. Qurani-Kərimdə daha sonra yazılır. Bu kitab sizlərə təkmilləşmək üçün göndərilir. Qadir Allah bəndələrinin içində çölündə olanlara bələddir, o, hətta ürəklərinizdən keçənlərdən xəbərdardır.

Mala, pula, sərvətə, vəzifəyə, şəhvətə hərislik az, yaxud çox dərəcədə bütün insanlarda mövcud olur. Bütünlükdə səhvsiz, nöqsansız yaşamaq qeyri-mümkündür. Ağıllı insanlar səhvlərindən nəticə çıxarıb tövbə edib düz yola qayıtmalıdır. Qadir Allah günahları, səhvləri bağışlayandır, rəhimlidir . Müasir dünyada harınlıq, qudurğanlıq, məsuliyyətsizlik baş alıb gedir.

Bir yeməyinə 5-10 min dollar, bir çantaya milyon dollar, xüsusi sifarişlə hazırlanan maşına 500 min dollar, xüsusi təyyarəyə 20 milyon dollar xərcləyənlər var. İnsan fərddir, özünəməxsusdur, yeganədir. Hamını 65-70 yaşında işdən azad etmək, təqaüdə göndərmək çox yalnış siyasətdir. Elə insan var ki, 45-50 yaşlarında gücü-qüvvəsi tükənir, əmək qabiliyyətini itirir. Bir müalicə həkimi kimi qeyd etmək istəyirəm ki siqaretə, spirtli içkilərə, narkotik toksiki maddələrə hədsiz aludə olan 20-25 yaşlı elə insanları müayinə edirik ki, onlar əmək qabiliyyətlərini, intellektini tükəndirib əlil halına düşüblər.

Lakin elə insanlar da var ki, yaşları 70-75-i keçsə fiziki əqli baxımdan tam yararlı fəaliyyət göstərə bilərlər. Dahi Höte 92 yaşında özünün məşhurFaustəsərini tamamlayıb.

Mikelancelo 87 yaşında yazırdı: “Mən hələ indi öz peşəmin əlifbasını öyrənirəm”. Belə misallar çoxdur.

Alicənablıq, ləyaqətlik, insanlıq, ziyalılıq diplomla, elmi adlarla, vəzifə ilə ölçülməməlidir, insanlıq şəxsin əslində, kökündə, genetikasında, qanında, sümüyündə olmalıdır. Quyuya su tökməklə sulu olmaz. Su gərək quyunun dibindən çıxsın.

Ömrünü elmə həsr etmiş alimlər az, yaxud çox dərəcədə idealizmə meyilli olurlar.

Belə izahı mümkün olmayan problemlərin izahı həlli Böyük Yaradanın adı ilə bağlıdır. Qadir Allah buyurur, ya Mussa Ruh haqqında səndən sorsalar de ki, bu məsələ Allahın ixtiyarındadır, biz bu məsələyə qarışa bilmərik.

Qadir Allah sevdiyi bəndələrinə düşünüb-nəticə çıxarmaq qabiliyyəti, insanlara yaxşılıq etmək missiyası bəxş edib, yalnız özünü düşünən, öz mənalı üçün çalışan insanlar - tüfeyli insandır. Xalqı, Vətəni üçün çalışan insanlar Allahın sevimli bəndələridir. Ləyaqətli insan lazım gələrsə, xalqı, Vətəni uğrunda canından keçməyə hazır olmalıdır. Bu baxımdan xalqımızın igid oğlu Mübariz İbrahimovun həyatı böyük nümunədir, geniş təbliği olunmalıdır.

Hörmətli oxucular, yuxarıda qeyd olunanlar göstərir ki, müasir insanlar arasında öz övladlarını cinsi zorakılığa məruz qoyan, doğmalarını öldürüb pulunu mənimsəyən, milyonlarını itinə, pişiyinə vəsiyyət edən, iti, pişiyi üçün hər cür şəraiti olan, çoxmərtəbəli villalar tikdirib onları qulluqçularla təmin edən, öləndə heyvan qəbiristanlığına dəfn olunmasını istəyən, oğurluğu, rüşvəti, yaltaqlığı, simasızlığı, Allahsızlığı özünə həyat yolu seçən, dini təfriqələr yaradan, müqəddəslərimizin ruhunu təhqir edənlər, dünyanın nizamını pozub bəşəri fəlakətlərə yol açanlar da bizlərlə birlikdə yaşayıb fəaliyyət göstərir.

Bütün bunlara görə adam ömrünün belə bir dolaşıq, təzadlı faciəli vaxta düşdüyünə görə peşimançılıq hissləri keçirir özünə yazığı gəlir.

Ancaq etmək olar, insanlar talelərini seçmək imkanına malik deyillər, tale insanları seçir.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.