525.Az

Oralarda kimlər var: Allahverdi Eminov

[30.09.12]
Oralarda kimlər var: Allahverdi Eminov<b style="color:red"></b>

ALLAHVERDİ EMİNOV KİMDİR

 

1941-ci ildə Salyan rayonunda doğulub. Dəmiryolçu ailəsində. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib.

1959-cu ildə indiki Pedaqoji Universitetin  tarix-filologiya fakültəsinə daxil olub,1964- ildə oranı bitirib,1965-1968 tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.

1968-ci ildə Azərbaycan ETPİ-nun aspiranturasına girib,1971-ci ildə tamamlayıb.1971-ci ildə disertasiya müdafiə edib, pedaqoji elmlər namizədi adını alıb.Dosentdir.

1974-76- illərdəAzərbaycan məktəbijurnalında,1976-84- illərdəAzərbaycan müəllimiqəzetində çalışıb.

2001-2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun  Salyan filialının  direktoru olub.

Müxtəlif vaxtlarda Ali Təhsil  Müəssisələrində dosent vəzifəsində çalışıb. Hazırda Bakı PMİYİ-nin dosentidir.

Əsərləri : Araşdırmalar:  Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası.

Mir Cəlalın poetikası, Musa Yaqubun  poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi, Roman: Payıza qədər

 

- Allahverdi müəllim, uzun, upuzun illər öncə biz bir yeddiillik məktəbdə oxumuşuq məni bir şey son dərəcə maraqlandırır: necə olub ki, bir kənddə yaşaya-yaşaya, bir kənd məktəbində oxuya-oxuya mənim Sizdən xəbərim olmayıb. Bəlkə siz xatırlayasınız? Nədən bizim yolumuz heç olmasa bir dəfə olsun hər hansı bir bəhanə ilə kəsişməyib?

- Bunun bir günahı sənin yaddaşındır, sərt alınmadı ki? Sən məndən bir sinif aşağı oxuyurdun, amma müəllimlərimiz eyniydilər: Abuzər Ağayev, Yasəmən Eminova, Havanisə Bəşirova, Camal Cəbiyev ədəbiyyat, riyaziyyat, botanika, coğrafiya dərslərini deyirdilər. Xatırlayıram ki, yuxarı siniflərdə sənin rayonda çıxanSosializm yoluqəzetində kolxozdan xəbərlərin çıxırdı. İlk dəfə açıqlayacam: Sənin buyaradıcılıq işinməni ruhlandırdı, mən başladım. Deməli, mənim yazı-pozu aləminə gəlməyimdə Tofiq Abdinovun (imzan belə idi) rolu az olmamışdı. Sənə məni bu əzablı yollara saldığın üçün öz təşəkkürümü bildirirəm. İkinci açıqlama da verirəm: Rəhmətlik ananla mənim anam yaxın rəfiqə olmuşlar. Bizə gələndə səndən söz düşürdü.

Qaldıyolumuzun heç olmasa bir dəfə hər hansı bir bəhanə ilə kəsişməməsinə?” - O vaxt cığal uşaqlar yox idi, hamımız müharibə illərində doğulmuşduq. Yaşca bizdən böyüklər (2-3 arası): Bahadır Nəzirov, Aydın Yusifov, Feyzi Kərimov, Həzrətqulu Quliyev, Meydan Mamayev, Məmmədsəlim Məlikov da sakit şagirdlərdilər. Zəng olacaq, balaca məktəbin balaca həyətinə düşürdük. Xatırlayıram ki, mən yeddidə oxuyanda səninqəribəliyindənmüəllimlər, bir Bahadır Nəzirov söz salırdı, deyirdilər ki, Məhərrəm kişinin (Allah rəhmət eləsin) oğlu Tofiq qaynayıb-qarışmır. Bir dəfə Abuzər müəllim nədənsə söz düşdü, dedi ki, ötən dərs VI sinifdə idim, Tofiq Abdinov mətndənkənar danışdı, öz fikrini dedi, ona5” yazdım.

Bahadır yerindən əlavə elədi ki, Tofiq şeir yazır. O vaxt hər kəs şeir yazmırdı!.. İndi yadıma düşdü. Quyçu kəndindəMolla Həşimkimi tanınan savadsız cadugər molla ona-buna dua yazırdı. SəninMolla Həşimadlı bir satirik şeirinSosializm yoluqəzetində çıxdı. Gözəl ziyalımız Kamil Məmmədovun yadına düşər - klubun səhnəsində məktəbin köməyiləHacı QaraVaqifi tamaşaya qoymuşdu. Onun özü ömrüm boyu hafizəmdən çıxmayan Hacı Qaranı Vaqifi oynadı. Bu sətirləri yazanda Kamilin rolları, xüsusilə, Hacı Qarasını dünənim kimi xatırladım, xüsusilə, bazarda ikən alveri baş tutmayan bu xəsisin ah-naləsini. Tamaşaya elə bil dünən baxmışam. İndi onaprofessionallıqdeyirlər. “Vaqif Kamil sənə rol vermişdi, epizodik idi. Görünür, uşaqlıqdan sənin , mənim içimizdə toqquşmaq, qabaqlaşmaq, artıq-əskik danışmaq hissləri olmamışdır.

- bütün bunların üstündə çox təbii olaraq soruşum ki, Siz bizim tərəflər üçün çox da adi olmayan bir ixtisası PEDAQOGİKA sahəsini seçmisiz. Bunun bir səbəbi varmı?

- Əlbəttə, səbəbsiz heç yoxdur. Əslinə qalsa məntiqi sorudur, çünki o gözəl, savadlı müəllimlərimizin dilindənpedaqogikaanlayışını eşitməmişik. “Təlim”, “tərbiyədəbdə idi təhsil adı altında gedirdi. İnsanda elə duyğular var - mübhəm qalır, bunlar əsasən elmlərlə bağlıdır, onlarda fundamentallıq prosesləri hələm-hələm üzə çıxmır; yalnız poeziyadır - şeirdir ki, çox erkən özünüfaşeləyir. Sən böyük hərflə Şairsən bu duyğunu yaşamısan...

Yaxşı bilirsən ki, Eminovlar soyadı Qazax rayonunun I Şıxlı kəndinin ən qədim nəslidir 37-ci il babamı, əmimi Sibirə apardı, ağlı kəsənlər deportasiyaya üstünlük verdilər. Qazaxda isə Müəllimlər İnstitutu (ikiillik) olmuşdu, dayılarım, xalalarım, digər qohumlarım buranı bitirib, Azərbaycan bölgələrinə işə göndərildi. O cümlədən, dayılarım, xalalarım, əmim qızı Salyanda çox sonralar məskunlaşdılar, daha doğrusu, oxuduğumuz Qırmızıkənd məktəbində dərs dedilər. EvimizəAzərbaycan müəllimiqəzeti Azərbaycan məktəbijurnalı gəlirdi. Həvəslə oxuyurdum. İstəsən, 50-ci illərdən üzü bu tərəfə həmin mətbuat orqanlarında hansı pedaqoq-alimlərin hansı tematikada məqalələri çıxıb - dəqiqliyilə deyə bilərəm. Məsələn: professorlardan Əhməd Seyidov, Mərdan Muradxanov, Tələt Əfəndiyev, Əyyub Tağıyev, İtelson, Şövqi Ağayev, Ağamməd Abdullayev - bunlar yaşlı nəsildi. Görünür, məktəb həyatı, şagird-müəllim münasibətləri, valideyn nüfuzu s. məsələlər məni istər-istəməz düşündürmüşdür. Etiraf edim ki, bu, hələ məndə peşə baxımından yerini tutmamışdı - boş qalmışdı.

Pedaqoji sahəyə düşəndə elə gətirdi zəngin kontingentli kollektivə düşdüm mənimki alındı. Şagirdləri sevməyə, onların da məni sevməsinə real zəmin yarandı. Sinfə girəndə hisslərimlə əlbəyaxa olurdum, rəngim dəyişirdi. üç ildə mərkəzi qəzet jurnallarda pedaqoji mövzuda beş-altı elmi məqaləm çıxdı. Amma bu da məni pedaqogikaya çəkmədi. Filoloqluğu seçmişdim.

Uzunçuluq olmasın: Ədəbiyyat İnstitutuna aspirantura üçün elan verilmişdi. Biz gənclərin dostu, istedadlı şair Abbas Abdulla ilə instituta gəldik. Abbas Abdulladan rəhbərlik heç gizlətmədi, açıqca dedilər ki, bu bir yer filankəsin (o, yazıçı idi) oğlu üçündür. Gələn il gələr. Ruhdan düşmürdüm, resenziyalar, bədii oçerklər, kiçik hekayələr yazırdım.

- Sualımın davamı kimi deyərdim ki, mənim bildiyim informasiyaya görə, Sizin qohumunuz indi çox böyük bir ictimai xadim elm adamı olan Əjdər Ağayev bizim o uzaq kənddən pedaqogikanı seçəndə, onun da bir səbəbi olmamış deyil ola bilsin ki, bu sahəni seçmənizdə onun bir təkanı olub?

- Tofiq, bəlkə proqnoz kimi deyirəm: hamımızın hörmət elədiyimiz Əjdər müəllim mənlə razılaşar ki, o da pedaqoq olmaq istəməmişdir. Birinci il ali məktəb imtahanını universitetin geologiya-minerologiya fakültəsində vermişdi... Tale onu pedaqogikaya gətirdi. Bilmirəm, o, qəbul olunsaydı möcüzəyaradardı - ancaq poetik ürəyi duyduğu şeirlər yazardı. Amma yaxşı, o poetik Məkan ona qismət olmadı. Sualında çox haqlısan: Mən bir neçə yerdə vurğulamışam ki, Əjdər müəllim bir məqamdaümidverici sözdeyib. Tofiq bəy, bəlkə ərkimnən irəli gəlir - keçmişə qayıdıram: Bəli, “pedaqogikayagəlməyimdə mənə ilk optimist təkanı Əjdər Ağayev vermişdi.İlk sualı da fəhmən sən verdin.1968-ci ildə, sentyabrın birində məktəbə gəldim ki, sinfə girim; gördüm mənimlə üç il çiyin-çiyinə işləyən Araz İsmayılov, Məzahim Rəhmanov, Hüseyn Hüseynov, İsrafil İbadov var. Darıxdım, lapirisinnən”, niyə? Şagirdləri tarlaya, pambıq yığımına aparmışdıq. (Rəsmi. 1968. Salyan rayonu). Həmin müəllim dostlarımnan bir nəfər məktəbə gəlməmişdi. Sən demə, yay tətili dövründə işlərinidüzəltmişlər”, yeganə mən qalmışam. Bilirsiz , tənhalıq üçün bu, deməkdir?

Yay idi, Əjdər müəllimin təzəcə toyu olmuşdu. Bir qohum kimi gəldim onu təbrik eləyim. Həyətdə görüşdük. Xeyli söhbət elədik mən dedim ki, DETPİ elan verib aspiranturaya, “biryerdir, necə, məsləhət görürsüz, sənəd verməyə dəyərmi?..

Əjdər müəllim konkret məsləhət gördü:

- Obyektivlikdir. Mirzə Məmmədov (o, eks təhsil naziri vəzifəsindən sonra həmin institutun direktoru idi) olan yerdə narahatçılıq yoxdur. Tofiq, əzizim, bəli, Əjdər Ağayevin bu məsləhətindən sonra sənədlərimi DETPİ- verdim qəbul olundum. Vaxt olur, beləyeganəməsləhətdən sonra alınmış uğur... unudulur. Sənin taleyində belə hallar olub. Bizim mənəvi faciəmiz odur ki, bu məsələni ortalığa qoymuruq. Bəzən birsözinsan taleyini həll edir. Mən onu eşitdim: Əjdər müəllim məsləhət bildi imtahanın gedişini yaşadım...

Əjdər Ağayev gələcək üçünkəşfiminruhi-bünövrəsini qoydu.

Tofiq, əzizim, hayıf ki, sonralar buağsaqqallıqunudulur. Bir yerə cəm olmuruq, xeyirxahlıq rəsmiləşmir! İnsanlar yaşa dolduqca müdrikləşirsə, yenə hansı bir müdrikəsə ehtiyac duyur.

 

(Davam edəcək)

 

abdin[email protected]

tofigabdin.com

Tofiq ABDİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.