525.Az

Niyə “Füzuli rindü-şeydadır?”

[30.09.12]
Niyə “Füzuli rindü-şeydadır?”

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

filologiya elmləri doktoru, professor

 

Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu sevdadır,

bu sevdadan usanmazmı?”

 

Həqiqətən Füzulini rindü-şeyda edənbu sevdadır?” Niyə Füzuli bu sevdadan usanmır? Axı bu rindü-şeydalıq Füzuliyə verir? Hesab edirik ki, füzulişünaslığın bir sıra problemləri kimi bu sualların da cavabını tapmağın vaxtı gəlib çatıb. Bunun üçün Füzuli nəhrinə, Füzuli sehrinə baş vurmaq lazımdır. Bu gözəlliklər mənalar nəhrinə, bu ecazkar sehr aləminə yalnız Füzuli sənətinə aşiqlik sayəsində girmək olar. Füzuli şeirinin sehr bağçasına gedən qapıya hər açar düşmür. Bunun üçün yalnız bir açar var - Sevgi!

Qəzəlin sonuncu - yeddinci beytinin şərhini mərhum füzulişünas Sabir Əliyev belə verir: “Füzuli vurğun bir rinddir, həmişə el içində rüsvadır: soruşun ki, bu sevdadır, bu sevdadan bezmirmi?

Rind qayğısız, laqeyd, zirək qorxusuz, laübali, kefcil adam deməkdir, rindü-şeyda vurğun bir rind mənasındadır. Füzulinin ömürlük rüsvalığı onun bilavasitə aşiqliyi ilə bağlıdır, aşiqliyi isə yüksək qeyri-adi gözəllik hissindən irəli gəlir; indi şair özü tələb edir ki, soruşun görək, bu sevdadır, bu sevdadan bezmirmi?

Sevda melanxolik bir xəstəlikdir. Eyni zamanda qara mənasındadır (əsvəd onun şiddətidir). Burada ədəbi dəlilik, başqa sözlə ədəbi aşiqlik xəstəlikdir. Sevda həmçinin eşq məhəbbət mənası da daşıyır. Birinci beytdə yar cəfadan usanmır, sonuncu beytdə aşiq sevdadan usanmır. (Sabir Əlim Xəliloğlu. Füzuli qəzəllərinin şərhi. 4  cilddə, IV cild. B., Adiloğu 2004, S.164)

S.Əliyevə böyük ehtiramımızı bildirir bu şərhlə qismən razılaşmırıq. Fəqət, bu şərhi tam hesab etmək olmaz. Bu şərhin başlıca qüsuru ondadır ki, mərhum alimimiz Füzuli eşqini ilahilikdən adiliyə endirir, insaniləşdirir. Əslində çox kamil bədii formada bütöv həzəc bəhrində sual-qafiyələrlə yazılmış dillər əzbəri olan bu qəzəlin birinci misrası -  Məni candan usandırdı, cəfadan yar usanmazmı?” bizə belə deməyə əsas verir ki, Füzuli burada ilahilikdən, özünün ilahi eşq konsepsiyasından - eşq dərdinin səadəti olması ideyasından geri çəkilir, şikayət edərək, aşiq kimi zəiflik göstərir. Tənqidçilər artıq qeyd etmişlər ki, “Şikayətnaməəsərini yazmaqla Füzuli ilahilikdən adiliyə enmişdir.

Halbuki, bütün yaradıcılığı boyu lirik qəhrəman, aşiq - Füzuli bu rüsvalığı ilə fəxr etmiş, qürur duymuş bunu bir səadət hesab etmiş, bu eşq dərdinin sağalmaması üçün Allaha yalvarmışdır. Bəzi beytlərə nəzər salaq:

Yarəb, bəlayi- eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi- eşqdən etmə cüda məni.

Yaxud:

Ey Füzuli, zövqi-dərdi-eşq nöqsan heyfdir

Ehtiyat et, pənbeyi-dağında məlhəm olmasın

Yaxud o dərdi cana bənzədir, dərd varsa, insanın canı var:

Əgər çıxsaydı dərdin cisimdən

derdim ki, candır bu

hacət dərdini yeydir demək candan,

əyandır bu.

Şair burada dərd candan şirindir deyilməsinə elə bir ehtiyac görmür. Məşhur bir beyti:

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə

Bir ah ilə verərdi min Bisütuni badə

Şair başqa bir beytində deyir:

Ey Füzuli, qılmazam tərki- təriqi-eşq kim

Bu fəzilət daxili-əhli - kamal eylər məni

Füzulidə rüsvayçılıq əslində eşqdə kamilliyindaxili-əhli-kamalolmağın ən parlaq təzahürüdür. Füzuli klassik aşiqlik rəmzləri olan Fərhada, Vamiqə, Məcnuna qibtə hissi ilə yazır:

Bəladır şəhrlərdə mən kimi

rüsvayi- eşq olmaq

xoş Fərhadü Məcnun

məskən etmiş kuhi səhrayı

Füzuli deyir ki, Fərhad Məcnun kimi səhrada məskən salmağa var, onların eşqdən hala düşdüyünü- rüsvalığını, dəliliyini heç kəs görmür. Mənim kimi şəhərdə rüsvay vəziyyətdə yaşamaq daha çətindir.

Füzuli deyir ki, yar istəyən canından əl çəkməli, tamahını kəsməlidir: “Yar vəslin istəyən kəsmək gərəktir candan təmə”.

Aşiqin ən böyük dərdi məşuqəyə qovuşmaq vüsal, hicran həsrətidir fəqət:

Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Cananın - Allahın harada olduğunu heç kəs bilmədiyi üçün Füzulinin dərdinə  dərman da yoxdur. Bəs nədir eşq bəlasından qurtulmağın çarəsi?

Ey Füzuli, öylə kim, bimari-dərdi-eşqsən

Yoxdur ölməkdən özgə hiç dərmanın sənin

Eşq yolunda ölmək aşiqə səadətdir, eşqi sağaltmaq, ona dərman etmək isə fəlakət:

Eşqdən canımda pünhan bir mərəz var,

ey həkim!

Xəlqə pünhan dərdim izhar etmə,

zinhar ey həkim!

Var bir dərdim ki, çox dərman

dan

artıqdır mənə

Qoy məni dərdimlə, dərman eyləmə,

 var, ey həkim!

Rənc çəkmə, sihhət ümmidin

Füzulidən götür

Kim qəbuli-sihhət etməz böylə bimar,

 ey həkim.

Əslində dərdin, xüsusilə eşq mərəzinin gözəlliyi onun pünhan qalmasında, dərdin fəlsəfəsi onun sağalmamasında, aşiqlik qismində can olaraq yaşamamasında, oradan çıxmamasındadır.

Füzulinin bədii-fəlsəfi konsepsiyasında idealında can vermək, sadəcə ölmək deyil, eşqi təslim etməkdir ki, bu da insanda olan ən qiymətli şeyin- Allah əmanəti olan ruhun öz mənbəyinə qayıtması deməkdir.

Canlar verib sənin kimi cananə yetmişəm,

Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.

Şükraneyi-vüsalinə can verdiyim bu kim,

Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.

Beləliklə, “canan vüsalı can qurbanı istəyir” (S.Əliyev). Allaha yetmək, ona qovuşmaq üçün can qurban vermək, qəbr evində ruhu bədəndən təmizləmək lazımdır. Bir qədər əvvəl misal verdiyimiz bir beytdə şair  deyir ki, ey Füzuli ehtiyatlı ol, pənbeyi-dağında məlhəm olmasın. Birdən bilməzsən ora məlhəm qoyarsan aşiqin-cünunun yarasını sağaldıb günaha batarsan. Başqa bir qəzəlində isə şair bu mənada etdiyi səhvi etiraf edir:

Ey Füzuli, rəvişi-əql məlul etdi məni,

Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

Mənası budur ki, əql  məni çaşdırdı, yoldan çıxardı əqlin sözünə baxıb eşq cünununun yarasına dərman qoydum. Biz əvvəlki yazılarımızda sufi ədəbiyyatda, o cümlədən Füzulidə əqlin etibarsız obrazının işlədildiyini söyləmişik. Bir daha şairin əqlə münasibətini əks etdirən məşhur beytini xatırladaq:

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

Əslində Füzuli deyir ki, eşqlə bağlı suallara insan zəkası - əql cavab verə bilməz. Eşq yer anlayışı deyil, ilahi - səmavi bir hissdir. Onu ağılla yox, qəlblə dərk etmək olar. Eşqi dərk izah etməyə, eşq dərdini sağaltmağa insan ağlının gücü çatmaz. Əksinə insan ağıllı eşqin ülviyyətini qüdsiyyətini poza bilər:

Eşq dərdiylə xoşam, əl çək əlacımdan, təbib

Qılma dərman kim, həlakım

zəhri dərmanındadır.

İlahi sevgi ilə sevən aşiq üçün sevmək yaşamaq deməkdir. Təbibin verdiyi dərman isə eşqi aşiqin canından çıxarıb öldürən bir zəhərdir.

Eşq dərdinin davası qabili - imkan deyil,

Tərki-can derlər bu dərdin

mötəbər dərmanına.

Əvvəla, Füzulinin eşqi adi eşq deyil, Füzuliyə qədərki aşiqlərin heç birində olmayan, daha doğrusu hamıdan yüksəkdə, ucada olan ilahi bir eşqdir. Bunu Füzuli özü etiraf edir:

Yazanda Vamiqü, Fərhadü,

Məcnun vəsfin əhli-dərd

Füzuli adını, gördim, sərt-tümarə yazmışlar.

Dərd əhli məşhur aşiqlər Vamiq, Fərhad Məcnun adını yazanda gördüm ki, Füzuli adını məktubun - vərəqin lap başında, ilk sətirdə yazmışlar.

Rüsvayi-eşq olmaq, eşq əlindən dəli-divanə olub çöllərə, səhralara düşmək, xəstəliyə mübtəla olmaq, gecə-gündüz dərddən göz yaşı axıtmaq, bu dərdi tale kimi yaşamaq Füzuli poeziyasında (ümumən orta əsrlər sufi şeirində) musiqi termini ilə desək, aşiqliyin belkanto həddidir. Bu həddən sonra Allaha qovuşmaq gəlir.

Sürdü Məcnun növbətin,

indi mənəm rüsvayi-eşq

Doğru derlər, hər zaman bir aşiqin

dövranıdır

Yazılarımızdan birində Füzulinin Məcnuna qısqanclığından ayrıca bəhs etmişdik. Burada isə şair rüsvayi-eşq olması ilə fəxr edir, bu rüsvayçılıqdan qürur duyur. Bu rüsvalığı bir növ qəhrəmanlıq, aşiqin hünəri kimi mədh edib göylərə qaldırır. Füzulinin - lirik qəhrəmanın bu eşqdən, deməli bu rüsvalıqdan əl çəkmək fikri yoxdur:

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam ney tək

kəsilsəm bənd-bənd

Mənim eşqimin avazının neyin iniltili səsi kimi göylərə ucalması nalədəndir. Ney tək bənd-bənd kəsilsəm bu eşq naləsindən əl çəkmərəm - deyir aşiq Füzuli! Onsuz da Füzulinin bədəni məşuqənin qəmzə oxlarından dəlik-dəlikdir. Nəfəs aldıqca yerbəyerdən qəm sədası verir:

Ney kimi cismim oldu oxundan dəlik-dəlik

Dəm urduğumca yerli-yerindən səda verər.

Fikirlərimizə aydınlıq gətirmək üçün Füzuli poeziyası ilə bağlı bir mühüm cəhəti burada da qeyd etməliyik: Füzuli yaradıcılığı ilə bağlı hansı məsələyə yanaşırsansa mütləq bədii-fəlsəfi üçlük- hüsn, eşq qəm əl-ələ verib qarşına çıxır. Burada da belədir: Füzuli ona görə rindü-şeydadır ki, o, ilahi hüsnün gözəlliyi qarşısında dayana bilmir, onu bəsirət gözü ilə görür, ona vurulur, ondan qopmağa, uzaqlaşmağa ağlının gücü çatmır. Füzuli ona görə rindü-şeydadır ki, bu hüsn onu ilahi eşqin sönməz oduna salır o, dərk edir ki,

Eşq dərdi, ey müalic, qabili dərman deyil

Cövhərindən eyləmək cismi cüda asan deyil.

Bu qənaətə gəlirik ki, eşq candır, can çıxmasa eşq candan çıxmayacaq. Füzuli ona görə rindü-şeydadır ( bu üzdən xəlqə rüsvadır”) ki, el tənindən qorxub eləmədiyi eşq onun özündən xəbərsizrüsvayi-eşqedib o, bu sahədə Şərq poeziyasında fədakar aşiqlər olan Vamiqi, Fərhadı, Məcnunu ötüb keçib, adısəri-tumarəyazılıb, gözünün yaşı iləlövhi-aləmdən” - dünya lövhəsindən Məcnun adını yuyub aparıb. Füzuli eşqinin qüdrəti, bu rüvalığın gözəlliyi həmin eşqin sağalmamazlığındadır.

Füzuliqəmin hərifidir”, onun bəyənmədiyi Məcnun bu dünyaya əslində dünyanın qəmini qəlbinin tutumu qədər azaltmağa gəlib. Füzuli bu qəmin rindü-şeydası xəlqə rüsvasıdır.

Füzuli qəzəllərindən birində Fərhadı öz sevgilisinin şəklini çəkib xalqa göstərdiyinə görə arsız hesab edir.

Daşə çəkmiş xəlq üçün, Fərhad Şirin surətin

Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş.

Füzuli məşuqəsinin surəti isə gözəgörünməzdir, ona görə şair deyir ki, eşqin olduğunu, eşq dərdini hər adama açıb danışmaq olmaz. Onu yalnız sevən aşiqlərə söyləmək olar:

Məhəbbət ləzzətindən bixəbərdir

zahidi-qafil

Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor

Eləcə şair bu fikirdədir ki, vüsalın şəfasını, həzzini hicran xəstəsindən soruşmaq gərəkdir. Füzulinin maraqlı bir qəzəlindən iki beytə nəzər salaq:

Zülfi kimi ayağın qoymaz öpəm nigarım

Yoxdur onun yanında bil qılca etibarım

 

Rüsvalərindən ol məh saymaz məni, Füzuli

Divanə olmayımmı, dünyada yoxmu arım?

Bu beytdə Füzulinin dərdi ondadır ki, məşuqə ona bir tük qədər əhəmiyyət vermir, ona görə ki, Füzuli onun rüsvalarından ola bilmir, daha doğrusu o, ay üzlü onu öz rüsvalarından saymır.

S.Əliyev bu beytə belə şərh verir: “Füzuli bir aşiq kimi eşq divanəsi olmuşdur, eşq divanəsi olandan da ar ismətindən keçmişdir. İndi sevgilisi onu öz rüsvalarından saymır, bu, aşiqin bütünlüklə heysiyyətinə toxunur, onun varlığını sarsıdır, aşiq sanki yenidən dəli-divanə olur büsbütün ruhdan düşür. Bu ruhi düşkünlük isə, bir daha təsdiq edir ki, o, haqq aşiqidir son qərarı yalnız ölümdür” (Füzuli qəzəlləri şərhi. III c. S.216)

Məni candan usandırdı...” qəzəlinin altıncı beyti belədir:

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil səni görqəc utanmazmı?

Rüsvalığa görə tənə etmək qəflət yuxusunda olan, nadan naşı adamın, eşqdən bixəbər bidərdlərin işidir. Füzuli əmindir ki, ona tənə edən, Füzuli eşqini ayıb bilən, ona gülən nadan məşuqənin gözəlliyini görsə utanacaq. Bu qeyri-adi, ilahi gözəllikdir, Allah nurunun insan hüsnündə təcəllasıdır:

Ey mələksima ki, səndən özgə heyrandır sana

Həq bilir insan deməz, hər kim ki, insandır sana

Həqiqətən Füzulini, öz eşqini Məcnunun məhəbbətindən uca tutan aşiqi, xəlqə rüsva etmiş bir aşiqi, bu rüsvalığa düçar etmiş məşuqəni, ilahi gözəli, hürufilərin dediyi kimi, “Həqdən qopmuş nur parçası - insan adlandırmaq mümkün deyil. Ona görə kefcil bir rind sevgi oduna düşür rüsvalığı tale kimi qəbul etməli olur.

Füzuli eşqinin əzəmətini, böyüklüyünü ölçmək üçün meyar yoxdur. Çünki göylərin, kainatın ölçüsü yoxdur. İndiki anlamla desək, bu kosmik bir eşqdir. Füzuli belə bir eşqin rindü-şeydasıdır. Füzulinin yerlə, adi düşüncə sahibi olan insanla işi yoxdur. Onun rüsvalığı da əslində yer insanlarına aid deyil, bunun üçün anlaşılmazdır.

Füzuli ona görərindü-şeydadırki, o, yaşadığı aləmdə yaşaya bilmir, ilahi aləmə qovuşmaqdan başqa çarə görmür. Bunun da yolu eşqdən, məşuqə uğrunda rüsvalıqdan keçir. Füzuli rüsvalığı insan cəmiyyətini inkar etmək deməkdir.  Füzuli təkcə göz yaşları ilə həyat lövhəsindən Məcnun adını silib atan aşiq deyil, o, həm rüsvalıq aləmində adısəri-tumarəyazılan rüsvalar şahzadəsidir. Kim daha artıq rüsvadırsa, o, əslrindü-şeydadır - FÜZULİ KİMİ!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.