525.Az

QADAĞAN İŞARƏSİni keçməyə az qalıb

[30.09.12]
QADAĞAN İŞARƏSİni keçməyə az qalıb

İş elə gətirmişdi ki, Aqil AbbasınDoluromanında təsvir olunan hadisələrin bəzilərinin iştirakçısı olmuşdum. Sonra bir onda gətirdi ki, həmin roman əsasında ekranlaşdırılan filmin bəzi səhnələrinin çəkilışlərində iştirak etdim.

- Bu, Qarabağ davası haqqında indiyə kimi çəkilən filmlərin ən yaxşısıdır.

Bunu filmin İsmayıllıdakı nümayişi zamanı alqışlarla müşayiət olunan son səhnəyə baxa-baxa, yanaşı oturduğum, bütün döyüş yoluna bələd olduğum, həmin davada bir ayağını itirmiş Əlsahab gözlərində gilələnmiş yaşı silə-silə dedi.

Onda mən ekranda gördüklərimi beynimdə özümçün təhlil eləyirdim. İnsan həmişə oxuduğu tarixi yaşadığı tarixdən asan rahat qiymətləndirir. Çünki oxuduğumuz tarixdəki versiyalar subyektiv çalarlar tarixçilərin, yaşadığımız tarixdəsə müasirlərimizin sayı qədərdir. “Dolufilminin zamanı məkanı haqqında müəlliflər dəqiq heç demirlər, deyənlərin dedikləri ən yaxşı halda həqiqətə yaxın ehtimallar ola bilər. Amma bir şey gün kimi aydındır - süjet xətti 1988-ci ilin payızından 1993- ilin payızına kimi Dağlıq Aran Qarabağda cərəyan edən hadisələrin üzərində qurulub. Filmdə ağırlığın daha konkret hansı ilə, aya, hansı məkana düşməsindən asılı olmayaraq həmin beş ilin hadisələri (yəni yaşadığımız tarix) ümumiləşdirilib, həm insafən desək, yaxşı ümumiləşdirilib; reallıq bir az aşağı, bir az yuxarı, bir az qatı, bir az açıq boyalarla düzgün əks olunub.

Qarabağ savaşı könüllülərin savaşıydı. Orda nizami ordu yox, yumşaq desək, nizamsız, bir az dəqiq desək, Vətən sevgisindən başqa heç nəyi, hətta bəzən silahı da olmayan vətənpərvərlər vuruşurdular. İstər komandir olsun, istər əsgər, istər mərkəzdəki məmur olsun, istər yerdəki, fərqi yoxdur, hər şey onların şəxsi fədakarlığı ya fərasətsizliyi üzərində qurulmuşdu. Qarabağı qorumaq konkret heç kimin vəzifələrinə daxil deyildi. sıralarından minlərlə şəhid vermiş Xalq Cəbhəsinin üzvlərinin bitərəflərin, yüzlərlə şəhid vermiş polisin müharibə vərdişləri vardı. bu əslində heç kimin günahı da deyildi, obyektiv gerçəklik idi. Öz dövlətləri olmayan, üstəlik, sığındığı başqa dövlət(lər)in himayəsindən məhrum olmuş bütün xalqların dar məqamda üzləşdiyi alın yazısıdır. Döyüş meydanındakı rəqibsə bir az fərqli durumdaydı. Orda müharibə partiyası pis-yaxşı hakimiyyətə yiyələnmiş, sığındığı dövlətin himayəsini bir az da çox qazanmışdı (Yeri gəlmişkən, müharibədəki məğlubiyyətimizin başlıca səbəbi olan bu amil filmdə niyə unudulub?! Ya bəlkə mən tutmamışam, dəqiq deyə bilmərəm.).

Yuxarıda ona görəDolunu Qarabağ savaşının müxtəlif dövrlərində məkanlarında baş verənlər barədə ümumiləşdirilmiş film adlandırdım ki, sözügedən reallıqlar, cüzi fərqlərlə olsa da, bütün cəbhə boyu hər yeri bürümüşdü. Bu savaşın Komandirinin Drakonu cəzalandırmağa, onun silahını əlindən almağa gücü çata bilməzdi, onun gücü Pələngə çatardı. Filmdə konyunktur axtaranlar da ola bilsin ki, onu tapsınlar. Amma konyunkturun burdakı sərhədləri qeyri-şəffaf (bəlkə yayğın) olduğuna görə fərqli yozula bilər.

Doludakı bəzi natural çəkilişləri (xüsusilə döyüş səhnələriylə bağlı) bütövlükdə Azərbaycan kinosu üçün uğur saymaq olar. Rejissor operator işi, həm təcrübəli, həm debütant aktyorların oyunu mükəmməl bir orqanizm təsiri bağışlayır. Mən filmin mətbəxinə bələd olmasam da, reallıqlardan çıxış edib deyə bilərəm ki, yaradıcı heyət, şübhəsiz, məhdud maliyyə texniki imkanlara malik olub, amma buna baxmayaraq həqiqətən yaxşı film çəkib. Təbii ki, yas mərasimində dalbadal iki dəfəFatihəduasının oxunması, komandirin qaçaraq yerişlərinə lazım olduğundan çox vaxt ayrılması bir az yorucu təsir bağışlayır. Bunların əvəzinə bir neçə ayrı kadr (mən istərdim ki, məsələn, bu, Drakon-Pələng münasibətləriylə bağlı olaydı, ümumiyyətlə, filmdəki bu xətt çox təsirlidir gələcək hansısa bir psixoloji filmin əsas süjeti ola bilər) çəkmək olardı. Bəzən ədəbiyyatda bir cümlə, bir söz, musiqidə bir not, rəssamlıqda bir cizgi, filmdəsə ani bir kadr adamı yerindən oynadır. LapDolunun aşağıdakı dialoq gedən kadrında olduğu kimi:

- Vura bilərsən?

- Vurmağa gəlmişəm .

...- Xəbərim olsaydı, gedib sonuncu kadrda mən çəkilərdim. Qoltuq ağaclarıyla ordakıların hamısından bərk yeriyərdim.

Bunu da Əlsahab zalda işıqlar yanandan sonra filmin ərsəyə gəlməsində əməyi olanların hamısının adı yazılan, amma bütün filmlərdəki kimi burda da zaman məkana qənaət etmək xətrinə xırda şriftlərlə yazıldığından düz-əməlli oxunmayan (filmlərin televiziya nümayişi vaxtı bu kadrları reklamlar əvəz eləyir) titrlər ekranda qaçarkən söylədi.

- Mənim, ümumiyyətlə bütün Qarabağ əlillərinin həyatı, bax, həmin o qadağan işarəsinin qoyulduğu yerdə qurtarıb. - Əlsahab filmin son epizodunun əvvəlinə işarəylə əlavə etdi.

Əlsahab da, sonradan söhbət elədiyim digər Qarabağ əlilləri Doludan razılıq etdilər. Hamısının da əsas arqumenti təxminən buydu ki, həmin o qadağan işarəsinin qoyulduğu yerdə qurtarmış həyatları filmdə bütün dolğunluğuyla təsvir olunub.

Elə filmi çəkənlərin bir məqsədi bu deyildimi?!

Əlsahab onun qoltuq ağaclarına, çəliyə söykənərək həvəslə filmə baxmağa, səhərisi günsə filmin yaradıcı heyətiylə birlikdə İsmayıllıdakı Şəhidlər Xiyabanını ziyarət etməyə gələn, amma son aylar pensiyalarından heç bir izahat verilmədən niyə 30-40 manat tutulmasının hətta səbəbini belə öyrənməkdə aciz olan dostlarının hamısı Qarabağ davasının əsgərləriydilər. Əsgərlər müharibələrdən həmişə məğlub çıxırlar. Həm təkcə məğlub ordunun yox, qalib ordunun əsgərləri . Müharibələr bitir, topların gurultusu susur, siyasi dividend götürmək arzusunda olanlar öz dividendlərini götürür (ya da olan-qalanını da xərcləyir), varlılar bir az da varlanır, kasıblar lap kasıblaşırlar; əsgərlərinsə cəmiyyətlə həm sosial, həm psixoloji konfliktləri başlayır. Yapon yazıçısı Kendzabure OeGecikmiş gənclikromanında onları itirilmiş nəsil adlandırır. Onları... Kino zalında işıqlar yandırıldıqdan sonra ekranda qaçışan titrlərdəki adlar kimi heç kimə lazım olmayan əsgərləri. Baxmayaraq ki, o adamlar olmasaydı, heç bir film ərsəyə gəlməzdi, o əsgərlər olmasaydı, heç bir müharibə baş tutmazdı.

... - Film bu qadağan işarəsini götürdü, cəmiyyətə o illərin ruhunu qaytarmaq sahəsində böyük gördü. Sən mütləq həmin işarənin qoyulduğu yerdən üzü o yana addımlayacaqsan, ismayıllılar demiş, bir az da tavaxır eləsən, vurub Arazı da keçəcəksən. Özü çəkiliş kameralarının altında. Amma bu dəfə bədii film yox, kinoxronika çəkəcəklər.

Bunları da Əlsahaba mən dedim.

Mehman Cavadoğlu

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.