525.Az

Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı

[30.09.12]
Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı

Prof. Maks Statkiyeviç ədəbiyyat nəzəriyyəsi ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya, ritorika üzrə mütəxəssisdir. ABŞ Viskonsin-Medison Universitetinin Müqayisəli ədəbiyyatşünaslıq kafedrasına rəhbərlik etmişdir.


Maks
Statkiyeviç

 

Roman epos arasındakı heç birmənalı olmayan münasibətlər Qərbdə müasir ədəbiyyatın mühüm inkişaf istiqamətlərindən biridir. “Satirikon”, “Don Kixot”, “Yevgeni Onegin”, “Ulissromanla epik ənənə arasındakı belə qarşıdurmanın bariz nümunələridir. Kamal AbdullanınYarımçıq əlyazma (Enn Tompsonun tərcüməsində) qeyd -şərtsiz olmasa da, hər halda daha çox janrların, zamanların mədəniyyətlərin fərqləndirilməsini əsas götürən bu ənənəyə ən radikal şüurlu müxaliflikdir. Bu roman həm onun özünü müşayiət edən hermenevtik üsula qarşı mübarizə aparır. Bu üsulu, məsələn, Paul Rikör özününTəfsirlərin qarşıdurması: hermenevtikada essekitabındarekonstitusiyaüsulu yaxud avtoritar mətndəmənaların bərpasıüsulu adlandırır.

Əslində, “Yarımçıq əlyazma  romanı belə aldadıcı başlığın altında özü bir hermenevtik prosesdir, yəni, qədim əlyazmanın -- möhtəşəm dastanın, ehtimal ki,  yazılışı üçün hazırlanmış qeydlərin  səbirli oxunuşudur: “Yəqin, dərk etdiniz ki, mən qədim Azərbaycan dastanıKitabi-Dədə Qorquddan danışıram” - romanın başlanğıcında təhkiyəçi belə yazır.


O
, adı çəkilən Azərbaycan dastanını  təqdim edərkən, oxucunu həm informativ-elmi qeydlərlə tanış edir dastanın bütün türk xalqları üçün əhəmiyyətini vurğulayır. 

Digər tərəfdən, “Yarımçıq əlyazmabütövlükdə yuxarıda qeyd etdiyimiz bu ənənənin, bu dastanın, eləcə onun romanvari (dialoji) oxunuşunun  dar etnik mədəni çərçivələrdən əhəmiyyətli dərəcədə kənara çıxdığını iddia edir.

Romanın əvvəlində oxucu-təhkiyəçi epik qeydlərin qəhrəmanının  ehtimali müəllifin-rəvayətçinin-öncəgörün müqəddəs insanın adını məlum edir. Onun adı Qorqud Ata ya Dədə Qorquddur, özü dastanda, daha geniş götürsək, yarımçıq əlyazmada ( o cümlədənYarımçıq əlyazmada) mərkəzi surətdir. Bunu da demək olar ki, Kamal Abdullanın romanı faktiki olaraq qədim epik-mifik ənənə ilə onun müasirdekonstruksiyası  arasındakı qarşıdurmaya problematika ünsürü daxil edir. Hətta təhkiyəçinin sözlərinə görə, roman Dastanın ədəbi versiyasının Yarımçıq əlyazmanın öz mətninin, yəni, birinci şəxs adından yazılmış  qeydmüşahidələrin müqayisəsinə əsaslanır. Beləliklə, iki tip yazının parlaq şəkildə qarşılaşdırılması göz qabağındadır; özü bu yazı tipləri, Baxtinin təbiri ilə desək, “polifonikroman adlandırıla biləcək bu əsərdə birinci şəxs adından aparılan başqa bir təhkiyə axarına daxil edilmişdir (bundan başqa, hələ bir Gəncə zəlzələsinin tarixi təsviri çərçivəsindəgizlədilmişdir ”).

Yarımçıq əlyazmanın süjetində qədim əlyazmanın elmi olaraq oxunuşu Milli Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsində, üzərlərini toz basmış köhnə yeni  əlyazmaların yığıldığı kitab şkafları, rəflər arasında baş verir.

Kitabxana sisteminin bu sahəsinin bəzi təfərrüatları - ümumiyyətlə, əlyazmaların əldə edilməsi, saxlanılması (qorunması) bərpası, eləcə bu əlyazmanın dəqiq kataloq nömrəsinin (A 21/733)  göstərilməsiylə yanaşı, onun oxunuşunun (zəruri hallarda şərqşünas qızın iştirakı ilə) təmin edilməsi prosedurları romanda təqdim edilir. Eyni zamanda, əlyazmanın aşkar olunma anındakı vəziyyətinin qısa təsviri verilir göstərilir ki, əlyazma zamanın bəzi izlərini özündə əks etdirir:  mətnin müəyyən natamamlığı qismən oxunmaması şəklində üzə çıxan od, torpaq insan etinasızlığının izlərini.

Əlbəttə, guya tamamilə aydındır ki, bu əlyazma bizim eranın on ikinci əsrinə aiddir   o, 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi barədədir. Əlyazmanın bu hadisəylə bağlı tarixçi alimlər tərəfindən bu əlyazmanın öyrənilməsinə xüsusi marağın olmamasının səbəbi məlumat verməməsidir.

Təhkiyənin lap əvvəlindən özünü göstərən aşkar tədqiqat proseduruna baxmayaraq, romanın oxucusu düşünə bilər ki,  bəlkə əlyazmanın oxucusuna (o, həm romanın təhkiyəçisidir) dar elmi məşğələ ya elmi həqiqət yaddır, onun hər şeyi bilmək istəyi başqa səciyyəli ola bilər. O yazır: “Bəlkə bu elmi işçilər, lap elə bu qızın özü bir şərqşünas kimi maraqlı dissertasiya mövzusunun əllərindən çıxdığını düşünürlər?!  Elə bilirlər ki, mən bu işdə onlara rəqibəm? Hər necə olsa, mən onlar üçün axı kənar adamdım s. i.a. bu kimi fikirlər məni rahat buraxmırdı”. Romanın sonunda o hələ narahatdır ki, kitabxanaçılar başqa tədqiqatçılarmənim  hansısa bir tədqiqat işi planlaşdırdığımı düşünərək, niyyətimi yanlış yerə yoza bilərlər. Allah uzaq eləsin.” Lakin yarımçıq əlyazmanın şərhlərlə zəngin şərhə meylli strukturu belə,  oxuma  prosesini gərginləşdirib ona elmi damğa vurmur: “Əvvəlcədən hər hansı şərh elmi giriş yazmaq iddiasından xəbər verir ki, biz bu iddiadan uzağıq”. Əksinə, oxucu-təhkiyəçi öz diqqətiniYarımçıq əlyazmanın sanki qırıldığı ya nəyi isə deyilməmiş qoyduğuyerlərdə cəmləmək həmin yerləri problematikləşdirmək iddiasındadır.

Bu mənada əlyazmanın deməli, romanın oxucusu tezliklə əsərin üzünü köçürən katibə çevrilir (mətn, Rolan Bartın sözlərilə desək, “yazılışa məqbulvəziyyətə gətirilir). Başqa sözlə, bitirilməmişi əlyazmada bitirmək cəhdi, bu vəzifənin bütün çətinliyini nəzərə alsaq belə, onun hermenevtik əsasa malik olması səbəbindən, ola bilər ki, mümkün deyildir.

Bu macəralı oxunuşun lap başlanğıcında məhz İnstitutun kitabxanaçı-alimi təsdiqləyir ki, “...əlyazma yarımçıq əlyazmadır. əvvəli var, sonu”. o, yəqin, tədqiqatçını həvəsdən salmaq üçün belə bir  saymazyana əlavə edir:  Sizin üçün maraqsız olar”. Təhkiyəçi elə birinci, səthi oxunuşdan sonra əlyazmanın yarımçıq olduğunu təsdiqləyir, amma məhz bu hal onun  dar elmi maraqdan tamamilə fərqli, başqa bir marağına səbəb olur. Mətnin sirli unikal (hətta yarımçıq əlyazmalar janrı mühitində belə) mahiyyəti onu heyran edir. Əslində, məhz bu ikili (ikitərəfli) yarımçıqlıq təhkiyəçiyə əlyazmanın fərqli cəhəti kimi görünür: “BizimYarımçıq əlyazmanın bütün digər yarımçıq əlyazmalardan bəlkə bir əsas fərqi var - bu fərq odur ki, bizim Əlyazmanın sonu olmadığı kimi əvvəli yoxdur”. Onun yarımçıqlığının ilkin izahı ənənəvi elmi, tarixi-təbii nəzəri-ədəbiyyatşünaslıq (narrotoloji) səpgidə görünür: “Bəlkə bu, Gəncə zəlzələsi ilə bağlı dövrün təsvirini verən bir növ xatırlatmadır - bu həm ona görə mümkündür ki, Əlyazmanın Müəllifi mətni öz qaydaları sistemliliyi olan xətti roman kimi fikirləşməmişdir”. Yalnız Əlyazmanın diqqətli təkrar oxunuşundan, “köçürülməsindənsonra təhkiyəçiyə Əlyazmanın yarımçıqlığının tamamilə fərqli, ontoloji ekzistensial izahı əyan olur: “Bundan sonra hər şey, eyni ilə  bizimYarımçıq əlyazmakimi,  özündə natamamlıq izi daşıyacaq”.

Bu Əlyazma tam deyil, ona görə ki, kainatın , əlbəttə ki, dünyaların əlahiddə bir natamamlığını əks etdirir ( ya buna bir nümunədir). Doğrudan da, öz macərasının ( ya maraqlı qiraətinin) sonuna yaxın əlyazmanın oxucusu belə bir paradoksal faktı dərk edir ki, əslində, dastan qəhrəmanları bizim dünyamızda mövcud deyillər onlardan hər biri öz dünyasında o birisi ilə söhbət edir; Bayandır Xanın dünyasında öz Qorqudu var idi, Qorqudundəxidünyasında öz Bayandır Xanı var idi. Bunlar bir-biri üçün bir yerdə yoxdurlar...”.

Oxucu-təhkiyəçinin bu maraqlı kəşfi, əlbəttə ki, epik ənənəyə münasibətdə paradoksaldır (inamı iflicləşdirir), çünki epos janrını məhz dünyanın - “mif dünyasının vəhdəti səciyyələndirir. Höte Şillerin terminologiyasına görə, epos öz dünyasının,  tarixi,  müasirzamanlılıqdan - roman zamanlılığından silinmiş mütləq keçmişdə, “yaddaş dünyasında bərqərar olmuşepos dünyasının vəhdəti ardıcıllığı ilə fərqlənir. Epos dünyası həmişə milli, etnik ənənəyə bağlanmış (Qorqudun kitabında olduğu kimi) “keçmiş bağlı olmuşdur, heç vaxtmüasirlik”, dəyişikliklər üçün açıq (bizim romanda olduğu kimi) olmamışdır. Epos dünyası, yenə M.Baxtinin dediyi kimi, “birincilər ən yaxşılarolmuş  ataların ailə banilərinin vahid dünyasıdır; onların zamanı milli tarixin zirvəsidir, bu zirvə müqayisənin əbədi nümunə standartıdır sonrakı nəsillər bu nümunə standarta çətin ki, zamansa çata bilsinlər. Eposun xüsusi cəhəti onun keçmiş üzərindəideal keçmişkimi konsentrə olmasıdır.

Beləliklə, epik mətnin düzgün oxunuşu mənanın - Ata mənasının bərpa hermenevtikası çərçivəsində yerinə yetirilməlidir bu məna varislər atalararasındakı möhtəşəm məsafəni müəyyən bir  ümumilik hissində birləşdirməlidir. Möhtəşəm uzaqlığın möhtəşəm dərki davamlılıq ümumibizhissi ilə müşayiət olunmalıdır. Bəzi alimlər, məsələn Daniel Medelan mif eposun bu ümumiliyini yazısoyuqluğuna qarşı şifahi başlanğıcınhərarətiilə əlaqələndirirdilər.

Yarımçıq əlyazmanın təhkiyəçisi öz heyranlığını epos oxucusunun əlyazmanın üçüncü, ən etibarlı oxunuşundan sonrakı zahiri nostaljisini (bütün  bunlarla yanaşı həm mifik ənənəyə yad olan hansısa bir şey duyan oxucunun) ifadə edərkən, bərpa hermenevtikasının bu cür tələblərinə əks getmiş olur. Onun əlyazma ( epos) müəllifinə, eləcə onun təsvir etdiyi (yaratdığı) dünyaya  olanheyrət heyranlığınınhəddi yoxdur”, o təəssüf edir ki, “bu cəmiyyət artıq mövcud deyil, o, antiklikdə, uzaq üfüqlərin arxasında əlçatmaz bir keçmişdə qalmışdır”, o  təəssüflənir ki, “bu gün bizi antik dövrlə çox az şey birləşdirir”.   Əlyazmanın oxunuş prosesini müşayiət edən təhkiyəçişərhlərindən bəziləri, görünür, onun epik hadisələrin (epik həqiqətin) şahidi funksiyasında əlyazmanın yarımçıqlığı ilə bağlı həmin o nostalji vəziyyətini ifadə edir. Bunlar mənaların bərpası hermenevtikasının, ən azı onun birbaşa versiyasında, aldadıcı iflasına işarə edir: “… bədbəxtçilikdən, biz məhz Dədə Qorqudun nələri yadda saxladığını heç vaxt bilməyəcəyik”, “burada Dədə Qorqudun əlilə yazılmış iki-üç səhifəyə bizim üçün həmişəlik itirilmiş kimi baxa bilərik”, “əslində, Aruz bunu demişdir, ya deməmişdir? Biz heç vaxt bilməyəcəyik”, “burada, bu qəmli anda Şah İsmayıl haqqında mətn sonuncu dəfə  qırılır  sona çatır... Burada təsvir olunanlardan hansının həqiqət, hansının isə sadəcə təxəyyülün məhsulu olduğunu heç kəs əminliklə deyə bilməz”. Sonuncunun - müəllif təxəyyülünün, bədii təxəyyülün, incəsənət ədəbiyyat təxəyyülününYarımçıq əlyazmadamümkünləşib inkişaf etməsi real şəkildə romanın epik, tarixi mifoloji ənənəyə qarşı durma tendensiyasına dəlalət edir.  Bu, romanın finalında həmin ənənənin qavrayışının üstünlük təşkil etməsi ilə sonuclanacaq.

Şübhəsiz, bizim dövrümüzdə qəhrəmanlar dünyasının itirilməsinin dərki tarixi tədqiqatlardan imtina edilməsinə keçmişin rekonstruksiyası cəhdinə gətirib çıxarmır. Baxmayaraq ki, heç kəs, müasir tarixşünaslığın banisi Leopold fon Rankenin sözləri ilə desək,  hər şeyin necə baş verdiyini” (wie es wirklich war) əminliklə bilmir. Hiss olunur ki, qəhrəmanlıqların müstəqil tarixi təsdiqini epik rəvayətlərdən almaq beləliklə, “yarımçıq əlyazmaları” “tamamlamaqhələ mümkündür.  Başqa əlyazmalar da aşkarlana (kitabxanalarda, qumun altında, ya başqa yerlərdə, istənilən bir məsələ ilə bağlı, məsələn, bizim romanda olduğu kimi, “mühafizəçinin masasının üstündə”) bilər.

Arxeoloji axtarışlar eramızdan əvvəl təxminən XII əsr ərəfəsində Miken mədəniyyətinin süqutu (“Troyanın süqutu”)  ya eramızın 12 əsrində Oğuz mədəniyyətinin böhranı (Gəncə zəlzələsi zamanı) izlərini  aşkarlamışdır. Lakin bu cür tapıntılar başlanğıclar salnaməsinə, Nitşenin verdiyi tərifə görə - “monumental tarixədoğrudan da nüfuz edə ya onun törəməsi olan eposa (onun tarixini təsdiqləmiş bu tarixi əhəmiyyətli dərəcədə doğurmuş eposa!) təsir edə  bilməzdilər. Bir tərəfdən monumental tarix,  digər tərəfdən isə mif arasında dəqiq həddin qoyulmasının mümkünlüyünü şübhə altına alarkən Nitşe  tamamilə haqlı idi. O, özününVaxtı çatmamış düşüncələrəsərinin ikinci versiyasının ikinci fəslində aşağıdakıları yazarkən haqlıdır: “Elə vaxtlar olmuşdur ki, stimulların bir dünyadan qoparılıb başqa bir dünyaya keçirilməsi mümkün olmayan kimi, monumental keçmişi mifik ədəbiyyatdan ayırmaq mümkün olmamışdır”. Bu stimullar həmişə vahid dünyanın, mili mədəni birlik dünyasının əsaslarına onun qorunmasına yönəli olmuşlar. bu unifikasiya prosesinə elm, tarix (bilik) ya onların vəhdətindən daha çox məhz Yaddaş (yunanca - Mnmosyn?) hökmran olmuşdur.

Mifin tarixlə bu çarpışmasında (mifoqrafiya istorioqrafiya şəklində) yazının statusu  çox vaxt birmənalı görünmürdü. Bir tərəfdən, yazılı mətnlər əksər hallarda mifik ənənəni təsbit edirlər onun qorunmasına, ötürülməsinə imkan yaradırlar (məsələn, bizim eradan əvvəl altıncı əsrdə Homerin mətnlərini, eramızın on dördüncü əsrində Oğuznamələri misal gətirmək olar);  digər tərəfdən isə Yazı ənənənin özü üçün təhlükə törədir, çünki onu mürəkkəbləşdirir. Əlbəttə, o, Yaddaş Həqiqətinə mifik ənənəyə düşmən ola bilərdi. Platon özFedrasında yaddaşı möhkəmlətməklə bağlı yazının əsassız iddiasını faş etdi pislədi. artıq bizim dövrümüzdə Mixail Bulqakovun romanının təhkiyəçisi (“Yarımçıq əlyazmanın təhkiyəçisi öz Proloqunda ona istinad edir) Ustadın romanının (bu romana  müəyyən mənada mif kimi baxıla bilər) doğruluğunu dəstəkləmək üçün əlyazmanın lazım olmadığını nümayiş etdirməklə, eyni bir fikri ifadə edir. Əlbəttə ki, “əlyazmaları yanmır əgər hətta yanırlarsa da, söz qorunub saxlanılır, çünki Ustad, qədim dövrün bardı Homerin, ya Dədə Qorqudun etdikləri kimi, özromanını əzbər yadında saxlayır. Marqaritanın Onun sözü  (sözü, yəniİqor polku haqqında dastanda olduğu kimi, loqosu) yadında saxlayıb-saxlamadığı ilə bağlı sualına Ustad cavab verir: “Narahat olma! Mən heç vaxt heç nəyi unutmayacağam”. Beləliklə, Ustad mifin ilahi, epik sözünü qorumağa (yaratmağa) cəhd edir.

Dədə Qorqud razılaşır ki, “əvvəlcə söz olub”, lakin o, aforizmlərindən birində eposda yazıldığı kimi, “Əgər bir şey lap əvvəldən yazılmayıbsa, heç vaxt baş verməyəcəkdeyəndə, yazılı sözün əlahiddə gücünü öncədən görür. Kamal Abdulla daYarımçıq əlyazmada yazının dekonstruktiv potensialının, epik sözün,  mütləq keçmişin monumental tarixin logosunun (sözünün) muthosunun (mifinin) hakimiyyətinə müqavimət göstərmək potensialının bütün nəticələrindən istifadə edir. Doğrudan da, yazıya canlı epik yaddaşın mövcudluğu şəraitində nəinki faydasız bir şey kimi baxmaq olar, onu həm ənənənin sərt qanunlarını pozan təhlükəli bir şey (Derridanın sözləri ilə desək, “təhlükəli əlavə”) hesab etmək mümkündür. Əlyazmaları elə-belə, sadəcə yanmır, amma onlar tamamilə xətər toxunmamış kimi qalmır. Biz daim üzərindəyanıq izləriləkələrolan səhifələrlə, həttacırıq-cırıqedilmiş, ya da tamamilə itirilmiş səhifələrlə rastlaşırıq. Əlbəttə, ilk tanışlıq zamanı üzə çıxan bu  cür lakunaların bəziləri elmi-tədqiqat prosesində  aradan qaldırıla bilər. Lakin başqa bir (ontoloji) mənada - Derridanın Kamal Abdullanın mənalarında - onlar insan həyatının onun verballaşmasının mahiyyətcə həllolunmazlıq yarımçıqlıq (məhkumluq vəziyyətinin) indikatorlarıdır (izləridir). Bu mənada, insan varlığının natamamlığı yarımçıqlığı əzəldən təyin olunmuşdur.

Kamal Abdulla yazını sirri bir araya gətirərkən (Derrida bunuikonoqrafiyaadlandırırdı) insan məhkumluğunun xüsusi təyinatı haqqında fikri inkişaf etdirir. Onunromantəhkiyəçisi bilir ki, “əlyazmalar öz sirrini yazıda gizlədir Dədə Qorqudun əlyazması da məhz bu mənada xüsusigizliliyəmalikdir, belə ki, əsrarəngiz surətdə Şah İsmayılla bağlı başqa bir əlyazmayla çulğaşır; onların hər ikisi Gəncə zəlzələsini təsvir edən fraqmentlərlə haşiyələnmişdir. Təhkiyəçi özünü tarixçi-alim --  həmin yazıçı ilə eyniləşdirməkdən imtina edərkən, eynən Derrida kimi, iki yazı növünü fərqləndirir: onlardan biri (“yaxşı”) qəlbə epik yaddaş (anamn?sis) vasitəsilə daxil edilir; digəri (“pis ya Nitşe belə deyərdi: “o qədər pis  olmayan”) isə yaddaş dəftərçəsi, “müşahidələr” ((hupomnmata ili memorabilia, memoranda, commentari) səciyyəsi daşıyan dağıdıcı, sirli yazıdır. “Yaxşı yazıkitaba çevrilmək tendensiyasına malikdir. “Kitab ideyası bütövlük ideyasıdır”, lakin bunlar eyni şeylər deyil hətta yazı ideyasına (natamamlıq mahiyyətinə) müxalif mövqedə ola bilərlər. “Kitabın ideyası həmişə təbii bütövlüyə istiqamətlənir yazının özünün məqsədlərinə çox yaddır”.

Beləliklə, “Dədə Qorqud Kitabının bütövlüyünə, eposun yazılı mətninə, qədim oğuz cəmiyyətinin qapalı mifik dünyası obrazına, hər iki - qədim müasir əlyazmanın (“ədəbi romanın”) bütövlüyünə qarşı durmaq cəlbedici görünə bilərdi. Kitabdakı fasiləsizlik bütövlük, riskə yəni, əhəmiyyətliorijinaləlyazma lakunaları iləqırılmaya bu cür məruz qala bilir (buradaarxi-iz” [archi-trace] kimiarxi-yazı” [archi-?criture] ciddi əhəmiyyət kəsb edir.).

Doğrudan da, “mifin qırılmasıfenomeni ədəbiyyat haqqında mümkün təyinlərdən biridir. Lakin Kamal Abdullanın romanı daha orijinaldır, çünki o, eyni zamanda eposdan daha ədəbidir, belə ki, həlledilməz, qapalı, tamamlanmamış, yəni, “qırılmışmətni ehtiva etdiyi, “qeydlərmüşahidələr” (“yazıya alınmalı olan hazırlıq işləri”) şəklində təqdim olunduğu üçün bu təyini təkzib edir. Faktiki olaraq, Jan Lyuk Nensinin mif ədəbiyyat arasındakı münasibətlər haqqında düsturu dediyimiz fikirlə ziddiyyət təşkil etmir: “Əsərdə mifin, ədəbiyyatın yazının hərəsinin öz payı var. Sonuncu özündən əvvəl gələni yarıda dayandırır, o, mifin qırılması (hekayətin, yaxud təhkiyənin yarıda saxlanması ilə) vasitəsilə tamamiləaçılır”...

Lakin mifin bu cürqırılma, şübhəsiz, onun mif olaraq meydana çıxması yaxudmifolaraq təyini qədər qədim dirməsələsi kimi mif ədəbiyyat arasındakı münasibətlər, eləcə ilkinmənbə (yunanlarda ????)  məsələsi son dərəcə mürəkkəbdir bu mürəkkəbliyiYarımçıq əlyazmadan daha yaxşı əks etdirən başqa bir mətn təsəvvür etmək çətindir. Doğrudan da, eposun ilkin təşkili həmişəilkinqeydlərin müşahidələrin müdaxiləsi natamamlığı ilə müşayət olunur. Üstəlik, artıq qeyd etdiyimiz kimi, epos öz leytmotiv məramında gələcək dekonstruksiyanın rüşeymlərini gizlədə bilər. Əlbəttə, buaforizm enerjisiyalnız (“Yarımçıq əlyazmanın təhkiyəçisi oxucuları tərəfindən) sirrin açılmasından sonra üzə çıxa bilər, şərti olaraq, “tamamlanar”.

Kamal Abdullanın təhkiyəçisi sirlərə yiyələnməklə bağlı fövqəladə istəklər vurğulayarkən, müəyyən mənada, “yazıya müdaxiləni”, yəni, Derridanın dediyi kimi, “aforistik enerjini nümayiş etdirir. Bu mənada, o, Dədə Qorqudun xələfi kimi, hətta romandakı Dədə Qorqud xarakteri onun yazı proyeksiyası kimi nəzərdən keçirilə bilər. Daha mühümü odur ki, Kamal Abdullanın romanında Dədə Qorqud təkcə Bayandır Xanın katibi deyil, o, sözün ən güclü mənasında katibdir. O, sadəcə, yazıçı-təhkiyəçi yox, həm sirrlərin qoruyucusudur”. Oğuz cəmiyyətində hər kəs bilir ki, “Dədəyə etibar edilmiş sirr həmişə qorunub-saxlanacaq”. Bununla belə, Con Kaputo yerində deyir yazır ki, “sirr qorunub-saxlanmağa başlandığı andan yayılmağa başlayır; o öz qorunması ilə yayılır”.

Bu mənada, Bayandr Xana, beləliklə , qədim əlyazmanın oxucusuna Yarımçıq əlyazmanın oxucusuna təkcə Beyrəyinqəhrəmanlığının sirri açılmır. Əksinə, hər dəfə əlyazmanın müəyyən yarımçıqlığı ortaya çıxdığında sirrinüstünün açılmasıyayılmasıbaş verir. GizlilikYarımçıq əlyazmaüçün -- həm roman, həm eposa qeydlər üçün, faktiki olaraq, başlıca obraz rolunu oynayır. Bu gizlilik sirrin faş olması ilə olmaması arasında oyunun obrazıdır, yəni, özünün/onların həqiqətinin obrazıdır, yaxud üzə çıxan bədii obrazın həqiqətidir: “Dədə Qorqudun hazırlıq qeydləri, müşahidələri eskizləri sis-duman örtüyü kimi açılaraq, öz həqiqi cizgilərini itirmiş sənətkarın qələmə aldığı xəyala çevrilmiş ideya mənaları aşkarlayır - buludlar göy üzündən yox olduqda nəhayətsizliyin maviliyi daha ehtişamlı görünür sən Tanrıya, böyük ali həqiqətə daha yaxın olursan”.

Belə bir həqiqət işi, gizlinlər-gizlinlərin açılması, Haydeqqerin sənət nəzəriyyəsi yaxud xüsusi bir ilkin natamamlıq (Baxtinin roman nəzəriyyəsində roman yarımçıqlığı) kimi  belə bir həqiqət işi Dədə Qorqudun epos üçün hazırlıq qeydləri ilə romanın finalındakıeposun tanış mətniarasında böyük bir fərqi özündə ehtiva edir. “Eposun tanış mətniDədə Qorqudun epos üçün hazırlıq qeydlərindən siyasi baxışların məzmunu baxımından o qədər fərqlənmir. Söhbət o ideoloji məzmundan gedir ki, həmin məzmun eposunpatronunun” (Bayandır Xanın) istəyinə daha uyğun ola bilərdi (məsələn, “indi çox dəbdə olan dövlətçilik konsepsiyası”).  Eposun tanış mətni daha çox öz natamamlığı ilə, başqa sözlə,  daima yenidənyazılma prosesində gizli mətnlərin faş olmasına açıq olmasıyla  fərqlənir. Təhkiyəçinin eyni əlyazma çərçivəsində, (bir tərəfdən DQ hekayələri, diğər tərəfdən Şah İsmayıl hekayəsi) iki tarixi baxımdan bir-birindən uzaq mətnlər arasında əlaqənin nədən ibarət olmasına dair dramatik sualı bu cür cavablandırıla bilərdi: Natamamlıq! Əminliklə demək olar ki, bu natamamlıq (Makiavellisayağı) həmən gizlinlərin açılıb-açılmamasına səbəb olan siyasi məqsədəyönluk prosesinin eyni oyununa istinadən, yəni, həqiqətə istinadən ortaya çıxa bilər.

Eposun hazırlıq qeydləri ilə eposun son mətni arasındakı böyuk fərqi, yəni, bir tərəfdən, dünyanın mifoloji, ideoloji quruluşu ilə digər tərəfdən onun tanış yad quruluşu arasında yazıla bilən roman oyunu arasındakı fərqi nəzərə alaraq kiməsə, xüsusilə , “Yarımçıq əlyazmanın təhkiyəçisinə maraqlı gələ bilər: üçün eposuntammətni deyil, hazırlıq qeydləri müşahidələr qorunub saxlanıb? Bu cür qorunub saxlanma, ümumiyyətlə, mümkündürmü?

Nəticə etibarilə, epik mətn formalarının hakim qüvvələr tərəfindən qorunub saxlanma imkanları daha yüksəkdir (məsələn, Homer eposunun taleyini yaxud VergilininEneidasını dırnaqarası Menipp satiraları ilə müqayisə edək). 

Kamal Abdullanın təhkiyəçisi, yəni, Dədə Qorqudun xələfi katib deyir ki,  Bu, sirri-Xudadır!” Ancaq bu həm şeytani sirr deyilmi ( yaxud, tutalım, Mixail Bulqakovun ya Kamal Abdullanın özünün sənətkar sirri deyilmi)? İddia etsək ki, öz ilahi anlamında  əlyazmalar yanmır”, bu, Yazının ( sənətin) əbədiliyi ilə bağlı sirr deyilmi?

Doğrudan da, “həmişə şər törədən, bununla belə, həm xeyir işlər görən qüvvənin kompetentliyi çərçivəsində əlyazmaların gümanedilən dayanıqlığını anlamaq cazibəsi mövcuddur. Ancaq bu hal Kamal Abdullaya məxsus yazınınəzəliyarımçıqlığıprinsipi etinasız olardı. Artıq qeyd etdiyimiz kimi əlyazmalar tamamilə yanmır heç vaxt xəsarətsiz olmurlar; onlar həmişə hansısa izlər qoyurlar. Bir tərəfdən bu izlər eposun bütövlük istəyidir, yəni, “Yarımçıq əlyazmanın təhkiyəçisinin dediyi kimi, təxəyyülümüzdəkitam bütövlükdür, digər tərəfdən isə hupomnemata, yaxud memorabilia da qeyd olunanilkintəlaşıdır, “hazırlıq qeydləri müşahidələrdir. Bir daha qeyd edək ki, Kamal Abdullanın dahiyanə tapıntısı eposun mədəniyyətitəsis etmək, qurmaqiddiası daşıyan missiyasının bünövrəsinə yazının natamamlıq mahiyyətinin qoyulmasındadır.

Bundan da artıq, “Yarımçıq əlyazmada Dədə Qorqud həm eposun, həm qeydlərin müşahidələrin müəllifi kimi kəşf edilib - təxəyyül olunub. Həqiqət məhz sonuncuda (qeyd müşahidələrdə) açılır: “Həqiqətdə məsələ belə olub!” - “Yarımçıq əlyazmadeyir. “Bütöveposun ideoloji, mifoloji funksiyasının həqiqəti, eyni zamanda, ciddi, doqmatik, hermenevtik qayda kimi üzə çıxır: “Amma gələcək nəsillər bunu belə başa düşməli bu cür qəbul etməlidir!” - Epos da sanki belə deyir. Ən vacibi isə qeyd müşahidələrin təsdiqinin tarixi mifik həqiqəti baxımından həmin qeyd müşahidələrin gücü, nəticə etibarilə, böyük Azərbaycan şairi Hüseyn Cavidin (“hakimiyyət bütün hakimiyyətlərə son qoymaq üçün lazımdır”) nüfuzu ilə riskə atılmış olur. Təhkiyəçi yazır: “Ancaq bu mətnin təqdim etdiyi reallığın özü həmçinin şübhə altına alına bilər. “İnsanın şübhə etməyə haqqı varifadəsi ilə bağlı Hüseyn Cavidin fikirləri bu gün yaşayır, gələcəkdə yaşayacaq”. 

Yarımçıq əlyazmanın (Yarımçıq əlyazmanın) ciddisiyasifunksiyası şübhə hermenevtikasının təsdiqindən çox, hermenevtik prosesin səbrlə açılmasından (daimözü-özünü yarıda saxlamasından) ibarətdir. Beləliklə, yarımçıqlıq şərhin əsas prinsipi kimi göstərilir. Nitşenin məşhur deyimini bir qədər dəyişdirərək, demək olar ki, tamamlanmış, bütöv əlyazmalar mövcud deyil, yalnız (yarımçıq) şərhlər var, çünki yarımçıq əlyazmalar həmişə yeni-yəni şərhlər doğurur. “Yarımçıq əlyazmaları yenidən epik bütövlüyə tamlığa yuvarlanmaqdan qorumaq üçün güclü şərhçiyə - bədii qüvvəyə ehtiyac var. Epik qəhrəmanlarınyenidən həyata qayıtması, sevməsi, nifrət etməsi, sədaqətli olması, fitnə-fəsad törətməsi, ağlayıb-gülə bilməsi üçünonları düşdükləri  dondurulmuş statikvəziyyətdən yalnız belə bir qüvvə xilas edə bilər. Kamal Abdulla onların canlı ( ölümlü) təbiətini göstərməklə (qəhrəmanların kvazilahi təbiətinə qarşı çıxmaqla) “əyanları onların oğullarını, xanları xan oğullarınımiflərin epik dünyasından romanınzamansızdünyasına keçirir. Keçmiş özmütləqliyiniitirir, lakin öz müasirliyini əldə edir: “Qədim oğuz cəmiyyəti öz real, mənəvi kontekstində görsənməyə başlayır”.

Beləliklə, ənənəvidonmuşepik qəhrəmanların dirçəldilməsi prosesinin o biri tərəfi oxucunun yenidən aktivləşməsi olmalıdır. Həmin oxucu o qəhrəmanlarla öz mənəvi qohumluğunu yenidən kəşf edir, artıq ənənəni passiv şəkildə qəbul edən şəxs ya ehtirassız, soyuq alim olmur, əksinə, iştirakçı, yazıçı - “katib”, nəhayət etibarilə, Dədə Qorqudun xələfi olaraq meydana çıxır.

Kamal Abdullanın əsəri ilə bağlı bunu da demək olardı ki, romandakı əsərindəki təhkiyəçinin haqqında danışdığı qədim, yarımçıq əlyazmaaldadıcı yarımçıqlığına baxmayaraq, qorqudşünaslıqda böyük dəyişikliklər doğuracaqdır”. Fikrimizcə, daha çox məhz özünün natamamlığısayəsində” “Yarımçıq əlyazmatəkcə qorqudşünaslığa təsir göstərməyəcəkdir. Onun həmçinin müasir ədəbiyyatın oxunuşuna tədqiqinə, eləcə onun qədim (epik, mifik) ənənə ilə əlaqəsinə digər ənənələrlə qohumluğuna da təsiri olacaqdır.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.