525.Az

Tillerson Rusiya ilə əməkdaşlığın şərtini açıqladı

[17.02.17]
Tillerson Rusiya ilə əməkdaşlığın şərtini açıqladı<b style="color:red"></b> ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə Suriya məsələsində hərbi əməkdaşlığın şərtini açıqlayıb.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, R. Tillerson bildirib ki, Rusiya bütün Suriya müxalifətini terrorçu adlandırmağa son qoyana qədər bu ölkə ilə hərbi əməkdaşlıq mümkün olmayacaq.

O, mövqeyini Əsəd rejimi əleyhdarı olan dövlətlərin nümayəndələri ilə görüşündə ifadə edib.
 
“Müzakirə zamanı o, aydın şəkildə bildirdi ki, ruslar bütün müxaliflərin terrorçu olmadığı fikrini qəbul edənə qədər hərbi əməkdaşlıq olmayacaq”, - deyə mənbə qeyd edib.
 
Xatırladaq ki, fevralın 16-da Münhendə R. Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.