525.Az

TQDK abituriyentlərə müraciət etdi

[18.04.13]
TQDK abituriyentlərə müraciət etdi<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib.
 
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir. Son məlumata görə abituriyentlər tərəfindən 19.000 "Abituriyentin elektron ərizəsi" forması açılıb və 13.000-i təsdiq olunub, 6.000 isə təsdiqlənməyib.

Təsdiq olunan ərizələrin 11.500-ü abituriyentlərin özləri tərəfindən, 1500-ü isə SQK-lar tərəfindən təsdiq edilib.

Bu, mayın 17-dək aparılacaq. Göstərilən tarixə qədər abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Mayın 19-da keçiriləcək imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqləməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.