525.Az

Keçmiş məhkumda 5000 manat saxta pul tapıldı

[01.09.12]
Keçmiş məhkumda 5000 manat saxta pul tapıldı

Gəncədə saxta pul satan şəxslər tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əskinası 2000 manata satarkən tutulublar.

N.İmanovun evinə baxış zamanı saxta əskinasların hazırlandığı “HP Desget 1050 Print Sean Sopu” markalı skaner də aşkar edilərək götürülüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.