525.Az

“Butalife”ın rəhbəri: “Bizim sosial şəbəkədə prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirilməyib”

[16.04.13]
“Butalife”ın rəhbəri: “Bizim sosial şəbəkədə prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirilməyib”<b style="color:red"></b>

““Butalife” sosial şəbəkəsində prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirilməyib. Bununla bağlı bəzi mətbuat orqanlarında yazılanlar yalandan, sosial şəbəkə texnologiyasının mahiyyətindən xəbərsiz olmaqdan başqa bir şey deyil”.

Bunu APA-ya açıqlamasında “Butalife”ın rəhbəri İlham Abduyev bəzi mətbuat orqanlarında “Butalife”da prezident seçkisi ilə bağlı sorğu keçirilməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, bu günə qədər sosial şəbəkədə yüz minlərlə profil qeydiyyatdan keçib: “Mənim sizinlə danışdığım zaman bunlardan 78 mini “online”-dır. Onların arasında təbii ki, real olanlarla yanaşı saxta profillər, xüsusi məqsədlər üçün bu sosial şəbəkəyə müraciət edənlərin də varlığı istisna edilmir”.
 
İ. Abduyev qeyd edib ki, cəmi 12 dostu olan bir istifadəçi sosial şəbəkədəki profilində Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı “sorğu” yerləşdirib: “Bu, sadəcə bir istifadəçidir. Heç bir sosial bazası olmayan, sorğu keçirməklə bağlı qaydalara riayət etməyən bir istifadəçidən söhbət gedir. Sadəcə, şəbəkənin qaydalarına görə, sorğular “public” yerləşdirilir və sosial şəbəkədəki digər istifadəçilərin onu görmək imkanı var. Mən onu da qeyd eləmək istəyirəm ki, mediada yazılar gedəndən sonra biz profilə baxış keçirdik və məlum oldu ki, ordakı rəqəmlər mətbuatda qeyd edilən kimi deyil. Sorğunun hazırkı nəticəsinə görə, Prezident İlham Əliyev böyük fərqlə irəlidədir”.
 
İ. Abduyev  qeyd edib ki, sosial şəbəkədə bir istifadəçinin profilində yazdığını saytın sorğusu kimi təqdim etmək informasiya texnologiyalarından xəbərsizliyin, qərəzli və başqa məqsədlər üçün yararlanmaq istəyinin göstəricisidir: “Bunu yazanlar özləri də hər halda müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçmiş insanlardır. Onlar məsələn, “facebook” sosial şəbəkəsindəki profillərində paylaşdıqları hər hansı yazıya görə, Mark Zukerberqin məsuliyyət daşıdığınımı düşünürlər? Əgər özləri də “Butalife”ın üzvləridirlərsə, bu sosial şəbəkənin qaydalarını yaxşı bilməlidirlər. Bizə qarşı müxalifyönlü mətbuat orqanlarında səsləndirilən iddialar çox gülüncdür və savadsızlıqdan irəli gəlir”.
 
Qeyd edək ki, “Butalife” sosial şəbəkəsi 2012-ci il 17 sentyabrda fəaliyyətə başlayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.