525.Az

Naxçıvanda rus məktəbinin açılışı oldu

[11.01.17]
Naxçıvanda rus məktəbinin açılışı oldu<b style="color:red"></b> Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
 
Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verilib.
 
Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.
 
Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
 
Sonra dövlət başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
 
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.