525.Az

Mübariz Mənsimov ədəbiyyatımızın çevirmələrini dəstəkləyəcəkmi?

[30.05.12]
Mübariz Mənsimov ədəbiyyatımızın çevirmələrini dəstəkləyəcəkmi?

Azərbaycan ədəbiyyatının tərcüməçisi İmdat Avşar nasirlərimizin həkayələrindən ibarət iki cildlik türkcə kitab hazırlayıb.

525.az-ın məlumatına görə, kitabda Mirzə Fətəli Axundovdan tutmuş Azərbaycanın ən gənc yazçılarının əsərlərinə qədər yer alır.

Avrasiya Yazarlar Birliyinin nəzdindəki «Bəngü» nəşriyyatının dəstəyilə çap olunacaq iki cildlik üçün Türkiyədə yaşayan həmyerlimiz, iş adamı Mübariz Mənsimova müraciət etmək barədə düşünülür.

Görəsən, Türkiyədəki məşhur həmyerlimiz Azərbaycan ədəbiyyatının Türkiyədə təbliğatına dəstək verəcəkmi?


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.