525.Az

Bakıda “London taksi”si ilə necə gəlin aparmaq olar?

[15.03.13]
Bakıda “London taksi”si ilə necə gəlin aparmaq olar?<b style="color:red"></b> Bakıda hər gün 950-yə yaxın “London taksi”si şəhər yollarında sərnişindaşımaya çıxır. Lent.az-ın məlumatına görə, yerdə qalan təxminən 50 taksi isə müxtəlif səbəblərdən (nasazlıq, cərimə meydançalarında olma və s.) xəttə çıxa bilmir.

"Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov Lent.az-a bildirib ki, Azərbaycan paytaxtında fəaliyyət göstərdiyi son bir il yarım ərzində Bakı küçələrində şütüyən “London Taxi TX4” modellərində hər hansı ümumi nasazlıq, detalların tez sıradan çıxması halları baş verməyib. Sürücülərin narazılığı isə əsasən, maşının amortizasiya sistemi ilə bağlı olub: “Sürücülər maşının yumşaq olmamasından şikayətlənirlər. Səbəb isə avtomobillərin dözümlü bərk metaldan hazırlanmasıdır”.
  
İ.Qasımov bildirib ki, yol-hərəkəti qaydalarını pozduqdan sonra yol polisi tərəfindən tərtib olunmuş protokola uyğun cəriməni ödəməyən sürücülər işdən çıxarılır: “Bəzən olur ki, sürücülər cəriməni vaxtında ödəmir. 2 ay ərzində cərimə ödənilmədikdə isə maşın cərimə meydançasına aparılır. Biz belə sürücüləri işdə saxlamırıq”.
 
Bir müddət əvvəl Bakıda “London taksi”si ilə gəlinin aparılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İ.Qasımov bildirib ki, sürücülərin özbaşına belə hərəkət etməsinə icazə verilmir: “Biz həmin vaxt gəlin apran taksinin sürücüsünü və maşını müəyyən etməyə çalışdıq. Amma bu mümkün olmadı. Lakin sürücülər icazəsiz olaraq belə addım atmamalıdırlar. Əgər kiminsə istəyi varsa, bizə müraciət edə bilər və şirkətin rəhbərliyi həmin şəxsin istəyini bu və ya digər şəkildə təmin edə bilər”.
 
İ.Qasımov onu da bildirib ki, yaxın gələcəkdə Bakıya növbəti partiya taksi avtomobillərinin gətirilməsi planlaşdırılır. Lakin bu taksilərin modeli, sayı və s. barədə hələ yekun qərar verilməyib: “Gələcəkdə bu taksilərin kredit və ya lizinq şərtləri ilə almaq mümkün olacaq. Hələlik biz bununla bağlı hesablamalarımızı aparırıq. Hər halda düşünürəm ki, satışa çıxarılacaq maşınlar yeniləri olmalıdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.