525.Az

Şamaxı günəşi litvalı nazir müavinini qızartdı

[30.05.12]
Şamaxı günəşi litvalı nazir müavinini qızartdı

Bu gün Şamaxıda keçirilən Sabir poeziya günlərində iştirak edənlər arasında Litvanın mədəniyyət nazirinin müavini Deyvidas Staponkus bu şəhərdə ömrünün ən yaxşı dəqiqələrini yaşadığını söyləyib.

525.az saytının məlumatına görə, o, bir əyalət şəhərində böyük şairin 150 illik yubiley tədbirini bu dərəcədə möhtəşəm keçirilməsindən heyrətini dilə gətirib.

Şamaxıda Sabir heykəli önündə keçirilən tədbirdə iki saat qızmar günəşin altında qızaran nazir müavini Litvada bütün yay müddətində bu cür günəşi görmədiyini qeyd edib.

Həmçinin Şamaxıda Azərbaycan təbiətinə heyranlığını bildirən nazir müavini bu yubiley günlərində yaşadığını heç vaxt unutmayacağını vurğulayıb.

O, Sabir poeziyasına məhəbbət və ehtiramını da ifadə edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.