525.Az

ABŞ tarixində bir ilk

[15.02.13]
ABŞ tarixində bir ilk<b style="color:red"></b>

ABŞ tarixində indiyə qədər görünməmiş hadisə baş verib.

Respublikaçı senatorlar öz partiyalarından olan bir namizədin - Çak Hegelin müdafiə naziri olmasını əngəlləyiblər.

Ağ Ev bu haqda sərt açıqlama yayıb. Ağ Ev sözçüsü Cey Karni yazılı açıqlamasında "Bu gün respublikaçı senatorlar siyasi mövqeni ölkənin təhlükəsizliyindən öndə tutdu" deyib.

Sözçü ABŞ tarixində ilk dəfə respublikaçı senatorların müdafiə nazirliyinə namizədi, öz partiyalarının bir üzvünü, medallı bir veteranı və ABŞ əsgərləri üçün doğru lideri əngəllədiyini bildirib.

Senatda çoxluğun Hegelin namizədliyini dəstəklədiyini qeyd edən Karni respublikaçıların addımının həm Senatdakı çoxluğun iradəsinə, həm də ölkənin mənafelərinə zidd olduğunu qeyd edib. Bu vaxt itkisinin nəticəsiz olmadığını bildirən Karni Əfqanıstanda 66 min ABŞ əsgərinin olduğunu və bu müharibənin məsuliyyətli şəkildə sonra çatdırılması üçün müdafiə nazirinə ehtiyac duyduqlarını vurğulayıb: "Gələn həftə Brüsseldə ABŞ, NATO müdafiə nazirlərinin toplantısında Əfqanıstandakı keçid mərhələsi ilə bağlı müzakirələr aparmaq üçün müttəfiqləri ilə bir araya gələcək. Yeni müdafiə nazirlərimiz orada olmalıdır. Pentaqonun başının üstünü avtomatik xərc kəsintilərinə dair problemlər alarkən müdafiə nazirimiz vəzifəsinin başında olmalıdır. Milli təhlükəsizliyimiz naminə Müdafiə Nazirliyimizi siyasətə alət etməyə son qoymağın və baş qatmaları aradan qaldırmağın zamanıdır. Bu müharibə qəhrəmanının təyinatına və əsgərlərimizin layiq olduqları müdafiə nazirinə qovuşmasına imkan verin.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.