525.Az

ABŞ Minsk qrupuna yeni həmsədrini seçir

[15.02.13]
ABŞ Minsk qrupuna yeni həmsədrini seçir<b style="color:red"></b>

ABŞ ATƏT-in Minsk qrupundakı yeni həmsədrinin kim olacağını hələlik müəyyənləşdirməyib.

ANS PRESS-in məlumatıan görə, bunu keçirilən birifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib.

Onun sözlərinə görə, hazırda baş katib Con Kerri məsələ ilə bağlı namizədlərin siyahısını nəzərdən keçirir: "Ağ evlə məsləhətləşmələr keçirildikdən sonra yeni həmsədr təyin olunacaq".

Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri Yen Kellidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.