525.Az

Ombudsmanın nümayəndələri İlqar Məmmədov, Tofiq Yaqublu və Nigar Yaqublu ilə görüşüblər

[14.02.13]
Ombudsmanın nümayəndələri İlqar Məmmədov, Tofiq Yaqublu və Nigar Yaqublu ilə görüşüblər<b style="color:red"></b>

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT), 6 və 7 saylı cəzaçəkmə müəssisələrində araşdırmalar aparıblar.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, BİT-də saxlanılan bir neçə şəxslə, o cümlədən Tofiq Yaqublu, İlqar Məmmədov, Nigar Yaqublu ilə saxlanıldıqları kameralarda söhbət aparılıb, onların saxlanılma şəraiti araşdırılıb. Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.
 
Eyni zamanda İlqar Məmmədovun qeyd etdiyi bəzi məsələlər aydınlaşdırılıb, həmin məsələlər yerində həll olunub.
 
Tofiq Yaqublu və İlqar Məmmədov təqsirləndirildikləri maddələr üzrə özlərini təqsirli bilmədiklərini, hüquqlarını müdafiə edən vəkilləri ilə görüşdə problem olmadığını, qanunvericiliyin tələblərinə uyğun həftədə iki dəfə ailələri ilə telefonla danışıq üçün şərait yaradıldığını qeyd ediblər.
 
6 və 7 saylı cəzaçəkmə müəssisələrinə başçəkmə zamanı bir neçə məhkum təklikdə, konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, onlara hüquqları izah olunub.
 
Adı çəkilən müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.