525.Az

Nəqliyyat Nazirliyində istefa

[14.02.13]
Nəqliyyat Nazirliyində istefa<b style="color:red"></b> Nəqliyyat Nazirliyinin şöbə müdiri işdən çıxarılıb.

Lent.az-ın məlumatına görə, nazirliyin Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bu günlərdə işdən çıxarılıb. Onun yerinə hələlik təyinat olmayıb.
 
Nəqliyyat Nazirliyindən xəbəri Lent.az-a təsdiqləyiblər. Bildirilib ki, S.Məmmədov səhhəti ilə əlaqədar, öz ərizəsi ilə işdən çıxıb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, S.Məmmədov Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılması işinə rəhbərlik edib. Onun rəhbərliyi altında Koreya şirkətləri ilə aparılan Bakı buxtası üzərindən körpü tikmək müzakirələri isə uğursuz nəticələnmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.