525.Az

Havanın temperaturu 15 dərəcəyə yüksələcək

[14.02.13]
Havanın temperaturu 15 dərəcəyə yüksələcək<b style="color:red"></b>

Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

Fevralın 15-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, səhər və axşam saatlarında duman olacaq.
 
Bakı və Abşeron yarımadasında mülayim cənub küləyi gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 3-6, gündüz 8-14 dərəcə isti olacaq.
 
Fevralın 16-da Bakıda dəyişkən buludlu, əsasən yağmursuz hava pronozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı gözlənilir. Mülayim cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq. 
 
Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraiti əsasən yağmuruz keçəcək. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə Mərkəzi Aran rayonlarında 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz saatlarında 5-10 dərəcə isti təşkil edəcək.
 
Fevralın 16-da isə havanın əsasən gecə və axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
 
Tibbi meteoroloji pronoza əsasən, yaxın 2 gün ərzində atmosfer təzyiqinin xeyli enməsi, fevralın 15-də arabir güclənən gilavar küləyinin 16-da xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.