525.Az

Tələbələr nə səbəbə Təhsil Nazirliyinin “qaynar xətti”nə müraciət etmirlər? (VİDEO)

[13.02.13]
Tələbələr nə səbəbə Təhsil Nazirliyinin “qaynar xətti”nə müraciət etmirlər? <b style="color:red">(VİDEO)</b>

Hər bir universitet tələbəsi təhsil aldığı zaman kəsiyində heç şübhəsiz müxtəlif problemlərlə üz-üzə qalır.
 
Əsasən imtahan sessiyalarında, eləcə də davamiyyət və ya tədrisin düzgün qurulmaması ilə bağlı bəzi nöqsanlar onları narahat etməyə bilməz. Yaranan problemlərə aydınlıq gətirmək üçünsə Təhsil Nazirliynin müvafiq "qaynar xətt"i fəaliyyət göstərir. Düzdü bu xəttə gün ərzində orta və ali təhsil müəssisələrindən yetərincə sorğu və şikayət xarakterli müraciətlər daxil olur, amma nədənsə bir çox tələbənin bu "qaynar xətt"dən ya heç xəbəri yoxdur, ya məlumatlıdır, ona müraciətə lüzum bilmir, ya da qaynar xəttin onlara yardım edəcəyinə şübhəylə yanaşır.

Ötən il Təhsil Nazirliynin "qaynar xətt"inə ölkənin bir çox ali təhsil müəssislərindən ümumilikdə 102 müraciət daxil olub. Nazirliyin qaynar xəttinə Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Dövlət Pedaqoji Universitetdən 9, Dillər Universitetindən 8, eləcə cə digər universitetlərdən bir neçə şikayət və sorğu xarakterli müraciətlər daxil olub.

Qeyd edək ki ötən il Nazirliyin qaynar xəttinə ümumilikdə 15 mindən artıq müraciət daxil olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.