525.Az

Nizami Cəfərov bəzi yazıçı və şairlərin “bostanına” daş atdı

[13.02.13]
Nizami Cəfərov bəzi yazıçı və şairlərin “bostanına”  daş atdı<b style="color:red"></b> “Komitəmizə müraciət edənlər arasında bəzi sənət, mədəniyyət, ədəbiyyat adamları da olur ki, onlar bizdən fəxri ad almalarına köməklik göstərməmizi xahiş edirlər. Ancaq, nə edək ki, onları başa salmaqda  çətinlik çəkirik ki, bu məsələ heç bir halda bizim səlahiyyətimizə aid olan bir məsələ deyil”.

525.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor  Nizami Cəfərov sözügedən komitənin fevralın 13-də keçirilən iclasında deyib.
 
Onun qeyd etdiyinə görə, onlar bu cür müraciətlərlə qarşılaşanda, bu məsələdən çıxış yolu kimi Mədəniyyət və Turizm Nazirliyinə ağız açmalı olurlar.
 
“Bu adamlar hər halda ədəbiyyat, mədəniyyət adamlarıdır. Onları necə deyərlər, narazı salmaq, sındırmaq olmur. Hətta, içərilərində bir qədər az istedadlı olanlarının da qəlbinə dəymək, sındırmaq olmaz.
Ancaq, biz onlara necə başa salaq ki, bu məsələ bizim səlahiyyətimizdə olan məsələ deyil. Xalq yazıçısı Anarın bu cür adamlarla bağlı yaxşı bir sözü var. O deyir ki, bəzi yazıçı və şairlər istedadca digərlərindən qat-qat zəif olduqları halda bu və ya digər fəxri ad almaları üçün müraciət edirlər.
Sonra bu adamlardan hansınasa “Əməkdar incəsənət xadimi”, “Əməkdar mədəniyyət işçisi” adı veriləndə bir gün çıxıb televiziyadan deyirlər ki, bu, mənə deyil, xalqıma verilən qiymətdir. Necə deyərlər, əsl təvazökarlıq nümunəsi...”
 
Kamil Həmzəoğlu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.