525.Az

"Ramiz Mehdiyev məzuniyyətə çıxıb"

[13.02.13]
"Ramiz Mehdiyev məzuniyyətə çıxıb"<b style="color:red"></b>

“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qızamüddətli məzuniyyətdədir” -
administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fevralın 13-də “Media forum” saytına açıqlamasında belə deyib.

Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: “Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir”.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasızadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib. Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasızadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.