525.Az

Bakıda 17 yaşlı oğlan itkin düşdü

[13.02.13]
Bakıda 17 yaşlı oğlan itkin düşdü<b style="color:red"></b>

Bakının Xətai rayonunda oğul anasını gözüyaşlı qoyub.

Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Cavanşir küçəsində yerləşən mənzillərdən birində yaşayan 17 yaşlı Zahir Nəbiyev 10 gündür yoxa çıxıb. O vaxtdan Z.Nəbiyevin axtarışları davam etdirilir.

Z.Nəbiyevin anası bildirdi ki, Z.Nəbiyevi evdən didərgin salan internet klublardır. Onun sözlərinə görə, əqli qüsurları olan oğlu internet kluba getmək üçün evi tərk edib: “Bir neçə dəfə belə olub. Hər dəfə gedib Bakının müxtəlif yerlərindəki internet klublarından tapmışam. Axırıncı dəfə yanvarda Əhmədlidəki klubdan tapdım. Gözlərinə qan sızmışdı, ayaqları şişmişdi”.

Ana orta məktəbi bu il bitirmiş övladını tapandan sonra müalicəyə aparacağını deyir: 9 gündür küçələrdəyəm. Zəhmətlə pul qazanıram, oğlumun xəstəliyi mənim işimə də mane olur. Tapan kimi ciddi müalicəyə aparacam”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.