525.Az

Novruz bayramında neçə gün iş olmayacaq?

[13.02.13]
Novruz bayramında neçə gün iş olmayacaq?<b style="color:red"></b> “Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək ölkəmizdə qeyri-iş günləri olacaq”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.  Onun sözlərinə görə, gələn ayın 23-24-ü şənbə-bazar günlərinə düşdüyündən müvafiq olaraq martın  25-26-ı  iş günləri sayılmayacaq: “Bununla da 7 gün ölkəmizdə iş olmayacaq”.
 
Qeyd edək ki, "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, ondan sonrakı günlər qeyri-iş günləri hesab olunur.
 
Novruzun ilk çərşənbəsi fevralın 26-a, ilaxır çərşənbə isə martın 19-a təsadüf edir.

lent.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.