525.Az

Hərbi hissədə dava düşüb, bir əsgər qətlə yetirilib

[28.08.12]
Hərbi hissədə dava düşüb, bir əsgər qətlə yetirilib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Əsgərlər - Sarbalayev Sevmət Sarbala oğlu və Alıyev Orxan Rövşən oğlu arasında mübahisə düşüb, mübahisə sonradan davaya çevrilib. Nəticədə S. Sarbalayev O.Alıyevə bıçaqla xəsarət yetirib. Bıçaq xəsarəti alan əsgər təcilli olaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən O. Alıyev Kürdəmir rayonundan, S. Sarbalayev isə Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O. Alıyevin xidməti başa vurmasına iki ayı qalıbmış.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.