525.Az

Bakıda tank mərmisi tapılıb

[09.01.13]
Bakıda tank mərmisi tapılıb<b style="color:red"></b> FHN mütəxəssisləri xüsusi təlim keçmiş itlərlə əraziyə baxış keçiriblər, ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda təmir-tikinti işləri aparılan ərazidə partlayış təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.
 
FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar.
 
Daha sonra FHN mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış əşyaya baxış keçiriblər. Müəyyən olunub ki, aşkarlanan əşya 1 ədəd 100 millimetrlik tank mərmisidir.
 
Mərmi zərərsizləşdirilmək üçün Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən götürülmüşdür.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.