525.Az

Rusiyada azərbaycanlını öldürən əxsə qarşı ittiham irəli sürülüb

[09.01.13]
Rusiyada azərbaycanlını öldürən əxsə qarşı ittiham irəli sürülüb<b style="color:red"></b> Rusiyada boks federasiyasının azərbaycanlı vitse-prezidentini qətlə yetirən şəxsə qarşı ittiham irəli sürülüb.
 
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın İstintaq İdarəsinin məlumatında bildirilib.

İttiham Rusiyanın Vladivostok şəhərində Primorsk Boks Federasiyasının vitse-prezidenti Müzəffər Rzayevi qətlə yetirməkdə şübhəli bilinən onun şəxsi sürücüsü olmuş 19 yaşlı yerli sakinə qarşı irəli sürülüb.

Qeyd edək ki, baş nahiyəsindən zərbələr almış 44 yaşlı Rzayevin meyiti ötən il dekabrın 28-də Vladivostokda Karl Marks küçəsində tapılıb. Axtarış əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin evində axtarış aparılan zaman Rzayevin evindən oğurlanmış əşyalar tapılıb. Mərhumun avtomobili Çerniqov rayonunda tapılıb. Lakin müstəntiqlər hesab edirlər ki, qətlə soyğunçuluq məqsədi deyil, sürücünün mərhumla münaqişəsi səbəb olub.

Hazırda saxlanılan gəncin istintaqı aparılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.