525.Az

“Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə danışıqları yekunlaşdıra bilər”

[27.12.12]
“Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə danışıqları yekunlaşdıra bilər”<b style="color:red"></b>

"Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə danışıqları yekunlaşdıra və demarkasiya xətlərini mübahisəsiz çəkə bilərlər".

APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakıda gürcü jurnalistlərə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ilə görüşdə aydın olub ki, Gürcüstan tərəfinin bir sıra suallarına danışıqlar masasında aydınlıq gətirmək olar: “Biz bütün bu məsələləri danışıqlar masası arxasında mütləq həll edəcək, daha sonra demarkasiya prosesini qalmaqalsız başlayacağıq”.
 
B.İvanişvili mübahisələrin təbii olduğunu diqqətə çatdırıb: “Hətta ailədə də mübahisələr olur. Lakin münasibətlərimizin hazırkı səviyyəsi bütün mübahisələrin həll olunacağına ümid yaradır. Azərbaycan rəhbərliyi iki ölkə arasında demarkasiya aparılmasına hazır olduğunu nümayiş etdirir. İlham Əliyev qürurla qeyd edib ki, Rusiya ilə sərhədlərin demarkasiyası məsələsini həll edə biliblər və heç bir əlavə problem ortaya çıxmayıb. Azərbaycanın bu sahədə yaxşı təcrübəsi var”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.