525.Az

Şimali Osetiya müftisinin müavini güllələnib

[27.12.12]
Şimali Osetiya müftisinin müavini güllələnib<b style="color:red"></b>

Şimali Osetiya müftisinin müavini İbrahim Dudarov öldülüb.

ANS PRESS-in məlumatıan görə, Dudarovun meyidi gece vaxtı “Volqa” markalı avtomobildə aşkar edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Şimali Ostiyanın müftisi Hacı Murad Qasalov bildirib ki, onun müavinini yaxından güllələyiblər. İbrahim Dudarova 5 güllə vurulub. M. Qasalovun sözlərinə görə, Dudarovun maşınını saxlayıblar, o avtomobildən düşüb. Hadisə Dudarov evə qayıdarkən baş verib.

Şimali Osetiyanın müftisi deyib ki, müavini heç kimlə münaqişədə olmayıb: “Bu cinayəti ancaq İslamın düşmənləri edə bilərlər. Onlar regionda vəziyyəti gərginləşdirmək istəyirlər”


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.