525.Az

Jurnalist Aydın Canıyev azadlığa buraxıldı

[27.12.12]
Jurnalist Aydın Canıyev azadlığa buraxıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsində icra olunub.

APA-nın xəbərinə görə, sərəncamın müəssisədə müalicə olunan 4 məhkuma da şamil edildiyi bildirilib və onlar azadlığa buraxılıb. Burada azadlığa çıxanlardan biri də jurnalist Aydın Canıyevdir.

Aydın Canıyev “Mənimlə bağlı məhkəmənin, prokurorluq orqanının yol verdiyi xətanı Azərbaycan prezidenti öz böyüklüyü ilə düzəltdi. Haqsız yerə həbs olunmuşdum. Amma artıq bütün incikliyim keçib”, - deyə bildirib.
 
Müəssisədə sərəncamın icrası ilə bağlı keçirilən tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov indiyə kimi Azərbaycanda imzalanan əfv fərmanları və sərəncamları nəticəsində 5530 nəfərin cəzalarının qalan hissəsindən azad olunduğunu deyib. 
 
Rəis müavini mətbuatda penitensiar xidmətlə bağlı dərc olunan yazılara da münasibət bildirib: “Bəzən mətbuatda yazırlar ki, məhkumlara görünməmiş cəzalar verilir. Lakin belə bir şey yoxdur, bunların hamısı uydurmadır. Əlbəttə, qaydalara tabe olmayan, nizam-intizamı pozan məhkumlar qanun çərçivəsində cəzalandırılır. Bəzin uydurma imzalarla əsassız yazılar yazılır. Bunlar isə özbaşınalığa gətirib çıxarır. Bu özbaşınalığın bir həddi var, bu həddi keçəndə məhkəməyə müraciət oluna bilər və həmin yazıları yazanlar məhkəmə qarşısında cavab verməli olacaqlar”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.