525.Az

BDU-nun sabiq rektoru avtomobil qəzasına düşüb

[26.12.12]
BDU-nun sabiq rektoru avtomobil qəzasına düşüb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru avtomobil qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə İran İslam Respublikasında baş verib.
 
Hüquq elmləri doktoru, BDU-nun sabiq rektoru, hazırda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışan Firudin Səməndərov və universitetin daha bir əməkdaşı Rafiq Əhmədov İrandan müalicədən qayıdarkən yol qəzasına düşüblər. Nəticədə R. Əhmədov dünyasını dəyişib. F. Səməndərov isə ağır vəziyyətdə Azərbaycana gətirilərək, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
 
BDU-dan APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, F. Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildən isə BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiridir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.