525.Az

Sabiq polis əməkdaşı anasının intiharına görə Elşad Abdullayevi günahlandırdı

[26.12.12]
Sabiq polis əməkdaşı anasının intiharına görə Elşad Abdullayevi günahlandırdı<b style="color:red"></b>

Neman Kərimov: “Elşad Abdullayevin qardaş dərdində deyil, onun Binəqədidə dilənçiliklə məşğul olan lal qardaşı var”

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin əleyhinə video yayılıb. APA-nın məlumatına görə, “Youtube” sosial şəbəkəsində Daxili İşlər Nazirliyi sabiq əməkdaşı Neman Kərimov sabiq rektorun əleyhinə olan çıxışını yerləşdirib. O, anasının intihar etməsində əsas günahkarın Elşad Abdullayev olduğunu bildirib.
 
Neman Kərimovun sözlərinə görə, 2002-ci ildə anası Svetlana Mövsümova yaxın münasibətdə olduğu Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin köməyi ilə ABU-nun hüquq fakultəsinə işə düzəlib. Anası qanunsuz yollarla tələbələrin insitututa qəbul olunması, onlardan pulun alınması, saxta sənədlərin, diplomların verilməsi məsələlərində birbaşa iştirak edib. 2009-cu ildə diplomları ala bilməyən valideyinlər ondan 2 milyona yaxın pulu geri qaytarmağı tələb etdikdə Svetlana Mövsümova yaşadığı evin vanna otağında intihar edib. Qeyd edək ki, intihar etməzdən qabaq Elşad Abdullayev həmin şəxsi işdən azad edibmiş.
 
Sabiq DİN əməkdaşı onu da qeyd edib ki, anası intihardan qabaq məktub yazıb və məktubda Elşad Abdullayevlələ yanaşı Kooperasiya Universitetinin, Azərbaycan İqtisad Universitetinin müəllimlərinin adlarını çəkib.
 
Mərhumun anası zərərçəkmiş kimi Nəsimi rayon Prokurorluğuna müraciət etdiyini, valideynlərin pullarını qaytarmaq üçün özünün Tbilisi prospektindəki evini  və “Lexus” markalı avtomobilini satdığını bildirib. Onun sözlərinə görə, Elşad Abdullayev dəfələrlə ondan prokurorluğa onunla bağlı şikayət etməyi xahiş edib.
 
Svetlana Mövsümova bu məsələ ilə bağlı bir neçə dəfə Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etdiyini, lakin heç bir cavab almadığını qeyd edib.
 
Neman Kərimov Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevi axtarması cəhdlərinin yalan olduğunu deyib. Onun iddiasına görə, sabiq rektorun hətta Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan lal qardaşı var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.