525.Az

“Azərbaycan xalçaları”nın 5-ci sayı çıxıb (FOTO)

[26.12.12]
“Azərbaycan xalçaları”nın 5-ci sayı çıxıb<b style="color:red"> (FOTO)</b> “Azərbaycan xalçaları” elmi-bədii jurnalının beşinci sayı nəşr olunub.

525.az-ın məlumatına görə, jurnalın bu sayında da Azərbaycan xalçaçılığı və onunla bağlı olan digər sənət sahələrinə dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr yer alıb. Nəfis tərtibatlı nəşrdə gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xaıçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı araşdırılıb.
 
Oxucular jurnalın bu sayında Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanda toxunan İrəvan xalçaları, xalçalarımızdakı “Xətai” və “İslimi” kompozisiyaları haqqında geniş məlumat əldə edəcək, nadir xalça nümunələri ilə tanış olacaqlar. Tanınmış xalça eksperti Rüşdü Aslan, qobelen ustası Ədhəm Yusubovla müsahibə, dünya muzeylərində saxlanan Azərbaycan xalçalarının təqdimatı da oxucuların marağına səbəb olacaq.

Nəşrdə həmçinin, Azərbaycan xalçalarındakı simvolların, elementlərin açıqlanmasına da geniş yer ayrılıb. Bu məqsədlə aparılan tədqiqatların nəticəsində milli xalçalardakı işarələr müəyyənləşdirilmiş və mənalandırılıb. Bütün bunlarla yanaşı, “Azərbaycan xalçaları” jurnalı bu sayında oxucularına yeni bir layihə də təqdim edir. Azərbaycanda ilk dəfə olaraq xalçaçılıq sahəsində tanınmış mütəxəssislərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi həyata keçirilir. Bu layihə çərçivəsində ilk olaraq alman tədqiqatçısı Kurt Erdmanın “XV əsr türk xalısı” əsəri dərc edilib.

Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaq məqsədi ilə üç dildə nəşr edilən jurnalın baş redaktoru professor Vidadi Muradovdur. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.