525.Az

Qədir Rüstəmova məxsus əşyalar muzeyə verildi (Foto)

[26.12.12]
Qədir Rüstəmova məxsus əşyalar muzeyə verildi <b style="color:red">(Foto)</b>

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycanın Xalq Artisti, xanəndə, muğam ifaçısı Qədir Rüstəmovun (1935-2011) şəxsi əşyaları, sənədləri və təltif nişanları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub.

Tarix muzeyindən 525.az-a verilən məlumata görə, tanınmış xanəndənin həyat yoldaşı Fatma xanım Azadi tərəfindən Muzeyə təqdim olunan əşyalar sırasında görkəmli muğam ustası Xan Şuşinskinin 1965-ci ildə Qədir Rüstəmova bağışladığı qaval və qəlyan, xanəndənin qəlyan kolleksiyası, qızıl və gümüş üzükləri, “Xalq artisti”, “Əməkdar artist” vəsiqələri, “Şöhrət” ordeni və s. əşyalar var.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Fatma xanıma öz dərin təşəkkürünü bildirmiş, Qədir Rüstəmova məxsus əşyaların Muzeyin eksponatları sırasında layiqli yer tutacağını qeyd edib.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XIX - XX əsr Azərbaycanın tanınmış bəstəkar, müğənni, musiqiçiilərin şəxsi əşyaları və sənədlərindən ibarət zəngin kolleksiya qorunur. Bu materiallar əsasında Muzeyin dailmi ekspozisiyasının “XIX - XX əsrin əvvəllərində mədəniyyət” bölümündə müvafiq sektor qurulmuş, maestro Niyaziyə həsr olunmuş sərgi keçirilmiş və kataloq nəşr olunmuş, Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş sərgilər təşkil edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.