525.Az

Lənkəranda müəllim qonşusunu 2 azyaşlı uşağının gözü qarşısında baltaladı

[26.12.12]
Lənkəranda müəllim qonşusunu 2 azyaşlı uşağının gözü qarşısında baltaladı<b style="color:red"></b>

Lənkəranda baltalanma hadisəsi baş verib.

Lənkəran rayonunun ucqar dağ kəndi Diryanda iki yaxın qonşu və qohumun çəpər üstündə dalaşması sonda baltalanma ilə nəticələnib.

Hadisə nəticəsində xəsarət alan alansa kəndin meşəbəyisidir. Belə ki, Diryan kəndində müəllim işləyən 1988-ci il təvəllüdlü Fərzullayev Emin Əzizağa oğlu mübahisə zəminində 1971-ci il təvəllüdlü Kazımov Zaman Mirzəxan oğlunu 2 azyaşlı uşağının gözü qabağında baltalayıb. Eminin baş nahiyəsindən endirdiyi iki balta zərbəsindən ağır xəsarət alan Zamanı yaxınları təcili Lənkəran regional diaqnostika mərkəzinə çatdıra bilib.

Lakin yaralının vəziyyəti ağır olduğundan təcili paytaxta göndərilib. Yaxınlarının verdiyi məlumata görə 41 yaşlı Zamanı həkimlər hazırkı saata qədər koma vəziyyətindən çıxara bilməyib və həyatı üçün təhlükə qalmaqdadır.

Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən Emin artıq rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həbs edilib. İşi araşdıran müstəntiq Mirqasım Kazımov artıq faktla bağlı cinayət işi açıldığını deyib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, yaxın qonşu və qohumlar arasında münaqişəyə səbəb xəsarət alanın əkdiyi ağaclarının qonşu tərəfindən çəpərlənməsi və aralarındakı mübahisəli torpaq sahəsinin olması bildirilir.

anspress


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.