525.Az

"Baş nazir olsam, üzr istəyərdim"

[26.12.12]
"Baş nazir olsam, üzr istəyərdim"<b style="color:red"></b>

"Baş nazir olsaydım "Mavi Mərmərə" hücumunda ölənlər üçün Türkiyədən üzr istəyərdim".

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri İsrailin keçmiş baş naziri Ehud Olmert deyib. Olmert vəkillərin həmkarlar ittifaqının Təl-Əvivdə keçirilən toplantısında "Mavi Mərmərə" basqınına da toxunub.

Keçmiş baş nazir "Baş nazir olsaydım, dinc insanlar dünyasını dəyişdiyi üçün Türkiyənin baş naziri Ərdoğandan və Türk xalqından üzr istəyərdim və hadisədən iki gün sonra hökumətlə uzlaşmaq üçün hərəkətə keçərdim" deyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.