525.Az

Azərbaycan Xəzərdə hərbi imkanlarını artırır

[26.12.12]
Azərbaycan Xəzərdə hərbi imkanlarını artırır<b style="color:red"></b>

Azərbaycan hərbi donanmanın müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı 2014-cü ildə irimiqyaslı proqram həyata keçirməyə başlayacaq.

Bu barədə APA-ya hökumətindəki mənbələrdən məlumat verilib.
 
Proqram çərçivəsində yeni döyüş və dəstək gəmilərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı vasitələrin alınması, yeni bazaların yaradılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata keçiriləcək. Artıq bu məqsədlə indidən bəzi sifarişlərin yerləşdirilməsinə başlanıb.
 
Yeni gəmilərin silahlandırılması üçün 2010-cu ildə Rusiyaya 75 milyon dollar dəyərində «Uran-E» raket kompleksləri sifariş verilib ki, bu sistemlərin çatdırılması 2014-cü ilə nəzərdə tutulur. Bundan başqa, ölkə ərazisindəki müəssisələrdə müxtəlif qabaritli (16-45 metrlik) katerlərin tikintisinə dair Türkiyə və Ukraynadan olan bir sıra şirkətlərlə görüşlər keçirilir.
 
Proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadanlıqların, silah sistemlərinin yerli müəssisələrdə istehsalı həyata keçiriləcək.
 
Ümumilikdə rəsmi Bakı 2020-ci ilə qədər hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, donanmanın inventarında olan, yaşı 40-ı keçmiş gəmiləri döyüş sıralarından çıxarmağı planlaşdırır.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.