525.Az

Bakı metrosunda dəhşətli hadisə

[26.12.12]
Bakı metrosunda dəhşətli hadisə<b style="color:red"></b>

Bakı metrosunda insident baş verib.
 
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında naməlum kişi özünü relslərin üstünə atıb. Hadisə yerində olanların köməkliyi ilə qatarın gəlməsinə az qalmış onu hərəkət xəttindən çıxarmaq mümkün olub.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən faktı təsdiqləyiblər. Polisdən bildirilib ki, adı hələlik dəqiqləşməyən kişi ehtiyatsızlıqdan relslərin üstünə yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.