525.Az

Sabah qar yağacaq

[24.12.12]
Sabah qar yağacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dekabrın 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.


Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Dekabrın 24-25-də Bakı və Abşeron yarımadasında şimal küləyinin yaratdığı soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

.

 

 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.